Icma.az
close
up
RU
Klublararası DÇ də 1 milyard dollar necə bölünüb? Qupda qalan 1/8 finalçıdan çox qazanıb

Klublararası DÇ də 1 milyard dollar necə bölünüb? Qupda qalan 1/8 finalçıdan çox qazanıb

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən klublararası dünya çempionatı yetərincə maraqlı və yaddaqalan alındı. Şübhəsiz, klubların böyük mükafat fondu olan yarışa əsas heyətlə qatılmaları, hər oyunda sonadək mübarizə aparmaları 15 iyun - 13 iyul aralığında ABŞ-də baş tutan DÇ-nin uğurlu ilk qismində tarixin yaddaşına qovuşmasını şərtləndirdi. Bəli, 1 milyard dollar məbləğində mükafat fondu sıradan fakt deyildi.

Mükafatların necə bölünəcəyi öncədən müəyyənləşdirilmişdi. Daha zəif konfederasiyaları təmsil edənlərə az pul ayrılması məntiqəuyğundur. Bəs Avropa klubları? "Köhnə qitə"dən olanların həm idman, həm də kommersiya reytinqi nəzərə alınıb. DÇ-də göstərdikləri nəticələr bilinməmişdən öncə, yəni turnir başlamamışdan əvvəl Avropa klubları arasında "Red Bull Zaltsburq"un ən az (12,8 milyon), "Mançester Siti"nin isə ən çox (38,1 milyon) qazanacağı dəqiqləşmişdi.  

Cənubi Amerika təmsilçilərinin hərəsinə 15,2 milyon, Şimali Amerika və Afrikadan olanlara isə standart qaydada 9,5 milyon dollar gəlir düşmüdü. Okeaniyanın adında oynayan yeganə iştirakçı - "Oklend Siti" isə 3,6 milyon dollar əldə etmişdi. Əlbəttə, qazancını turnirdəki nəticələri sayəsində ciddi şəkildə artıranlar da oldu. FİFA qrupdakı hər heç-heçəyə 1 milyon, hər qələbəyə 2 milyon, 1/8 finala yüksələnlərə 7,5 milyon, 1/4 finalda oynamaq hüququ qazananlara 13,1 milyon, yarımfinalçılara 21 milyon, finalçılara isə əlavə olaraq 30 milyon dollar ödədi.

Klublararası dünya çempionatının iştirakçılarının qazancı (azdan çoxa doğru):


"Oklend Siti" - 4,6 milyon dollar
"Vidad", "Urava Red Daymonds", "Ulsan Hönde", "Sietl Saunders", "Paçuka" - 9,6 milyon
"Los Anceles" - 10,6 milyon
"Esperans", "Əl-Əyn", "Əl-Əhli" - 11,6 milyon 
"Mamelodi Saundaunz" - 12,6 milyon
"Red Bull Zaltsburq" - 15,8 milyon
"Boka Xuniors" 17,2 milyon 
"River Pleyt" - 18, 2 milyon
"Monterrey", "İnter Mayami" - 21,1 milyon
"Atletiko Madrid" - 21,4 milyon
"Portu" - 24 milyon
"Yuventus", "Botafoqo" - 26,6 milyon
"Flamenqo" - 27,7 milyon
"Benfika" - 32,2 milyon
"Əl-Hilal" - 34,2 milyon
"İnter" - 36,8 milyon
"Palmeyras" - 39,8 milyon
"Mançester Siti" 51,7 milyon
"Borussiya"sı - 52,3 milyon
"Bayern Münhen" - 58,2 milyon
"Fluminense" - 60,8 milyon
"Real Madrid" - 82,5 milyon
 PSJ - 106,9 milyon
"Çelsi" - 144,6 milyon dollar

Maraqlıdır ki, "Portu" və "Atletiko" qrupdan çıxa bilmədikləri halda, 1/8 finala yüksələn "Monterrey"dən çox gəlir əldə ediblər.

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri