Klublararası Dünya Çempionatı harada keçiriləcək?
Icma.az, Qol.az saytına istinadən bildirir.
Qətər növbəti Klublararası Dünya Çempionatına ev sahibliyi etmək üçün əsas namizəd hesab olunur.
QOL.az İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, ev sahibi kimi bu ölkənin seçiləcəyi təqdirdə turnir 2022-ci il dünya çempionatında olduğu kimi qış aylarında baş tuta bilər.
FİFA və aparıcı klublar 2025-ci ildə tətbiq edilən genişləndirilmiş formatdan sonra yarışın gələcəyini müzakirə etməyə davam edirlər. Əsas müzakirə mövzularından biri turnirin təqvimdəki yeridir. Belə ki, matçların qışda keçirilməsi milli çempionatların təqvimində ciddi dəyişikliklər tələb edəcək.
Məlumata görə, Qətərlə yanaşı, DÇ-2026 oyunlarının təşkilindəki uğurlu təcrübədən sonra Meksika da Klublararası Dünya Çempionatına ev sahibliyi etməkdə maraqlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 İyul 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















