Klublararası dünya çempionatı: 18 yaşlı futbolçu gələcək komandasına qol vurdu Klublararası dünya çempionatı
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Braziliyalı futbolçu Estevao Braziliyanın "Palmeyras" klubunu tərk etməmişdən əvvəl gələcək komandası İngiltərə "Çelsi"sinə qol vurub. SİA xəbər verir ki, bu, ABŞ-da təşkil olunan klublararası dünya çempionatının 1/4 final oyununda baş verib.
18 yaşlı hücumçu 1:2 hesabı ilə uduzan "Palmeyras"ın 53-cü dəqiqədə yeganə qolunun müəllifi olub. Estevao istedadına görə Lionel Messiyə bənzədilir. Bu səbəbdən, onu Messinyo və ya Balaca Messi adlandırırlar.
Qeyd edək ki, "Çelsi" Estevaonu 34 milyon avroya, bonuslarla birlikdə isə 60 milyon avroya alıb. Tərəflər gənc futbolçunun dünya çempionatında "Palmeyras"da oynamasına dair razılığa gəliblər. Hərçənd onun "zadəganlar"la müqaviləsi iyulun 1-dən qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















