Icma.az
close
up
RU
Klublarımızdan avrokubok gözləntiləri

Klublarımızdan avrokubok gözləntiləri

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda futbol mövsümünə mayın 31-də yekun vuruldu. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ölkə kubokunun final matçı ilə. Həlledici qarşılaşmada Premyer Liqanı zirvədə tamamlayan "Qarabağ"la "finiş xətti"ni beşinci keçən "Sabah" üz-üzə gəldi. Gözlənilmədən "köhlən atlar"a 3:2 hesabı ilə qalib gələn "bayquşlar" qitə kuboklarına sonuncu vəsiqəyə sahib çıxdı. Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv Avropa Liqasında şansını yoxlayacaq. Premyer Liqanı dördüncü pillədə bitirən, ümidini "Qarabağ"ın Azərbaycan Kubokunu qazanmasına bağlayan "Turan Tovuz" isə növbəti mövsümü gözləməli olacaq.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Qarabağ" Çempionlar Liqasında

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanmaqda çətinlik çəkmədi. Ağdam təmsilçisi yenə sona bir neçə tur qalmış çempionluğu təmin etdi. Bununla belə, komandanın əvvəlki əzəmətindən xeyli uzaq düşdüyü aşkar görünür. Düzdür, "köhlən atlar" Çempionlar Liqasında mübarizəyə birbaşa II təsnifat mərhələsindən start verəcək. Özü də Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv püşkatmada səpələnmişlərdən olacaq. Bu səbəbdən təmsilçimizin mümkün rəqibləri I təsnifat mərhələsindən gələcək zəif komandalar olacaq. Onu da əlavə edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Təbii olaraq "Qarabağ"ın əsas hədəfi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq olacaq. Bu çətin missiyanın öhdəsindən gəlmək üçün isə heyət mütləq gücləndirilməlidir. Xüsusilə Olavio Juninyonun "Flamenqo"ya transferindən sonra hücum xəttində yaranan boşluq aradan qaldırılmalıdır. Müdafiə və yarımmüdafiə bölgələrinə də "yeni qan" tələb olunur. Qurban Qurbanov və klub rəhbərliyi də bunun fərqindədir və lazımi transferləri gerçəkləşdirməkdə israrlıdırlar. Belə olarsa, Ağdam təmsilçisini üç turnirdən birinin Liqa mərhələsində görə bilərik. Əks halda, uğursuzluq qaçılmaz olacaq.

"Sabah" yaxşı transferlər etməlidir

Son anda, daha doğrusu, mayın 31-də özünü "Avropa qatarına atan" "Sabah" yay transfer dönəmindən ciddi faydalanmağa məhkumdur. Premyer Liqada qeyri-sabit çıxış bunu deməyə əsas verir. Kollektivin qarşısına həmişə yüksək hədəflər qoyan rəhbərliyin, çox güman ki, mövcud problemlərin həlli istiqamətində "yol xəritəsi" var. Onu da qeyd edək ki, "Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Üstəlik, "bayquşlar" püşkatma zamanı səpələnməmişlər sırasında yer alacaq ki, bu da güclü rəqiblərlə qarşılaşmaq anlamına gəlir. Konkret desək, potensial rəqiblər "Şaxtyor" (Donetsk/Ukrayna), "Legiya" (Varşava/Polşa), "Partizan" (Serbiya), "Şerif" (Moldova), "ÇFR Kluj" (Rumıniya), "Hapoel" (Beer-Şeva, İsrail), "Selye" (Sloveniya), "Spartak" (Trnava/Slovakiya) klublarından biri ola bilər. Onu da qeyd edək ki, püşkatma iyunun 17-də, oyunlar isə iyulun 10-17-də keçiriləcək.

"Zirə" və "Araz-Naxçıvan"ı nə gözləyir?

Azərbaycan təmsilçiləri Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaqlar. "Araz-Naxçıvan"dan fərqli "Zirə"nin durumu daha ürəkaçandır. Birincisi, baş məşqçi Rəşad Sadıqov artıq oturuşmuş heyət formalaşdırıb və mövsümü gümüş medalla başa vuran kollektiv işlək mexanizmi xatırladır. İkincisi, paytaxt təmsilçisi yetərli avrokubok təcrübəsinə malikdir. Müəyyən əlavələrlə komandada rəqabəti daha da artırmaq mümkündür ki, klub rəhbərliyi də məhz bu yöndə əməli fəaliyyətə başlayıb. Hər şey plan üzrə gedərsə və püşkdə münasib rəqiblər düşərsə, "Zirə"ni turnirin Liqa mərhələsində görə bilərik.

"Araz-Naxçıvan"ın işi isə asan görünmür. Düzdür, komanda son mövsümdə tarixi uğurlara imza atdı. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Naxçıvan futbolu tarixində ilk dəfə Premyer Liqada bürünc medal qazanmaqla yanaşı, avrokuboklarda oynamaq imkanı əldə etdi. Özü də komanda bu nəticəyə ev oyunlarını doğma məkandan kənarda - Mərdəkanda keçirməklə imza atdı. Amma heyətin və maliyyə imkanlarının yetərsizliyi Avropada ciddi uğur qazanmaq ehtimalını azaldır. Düzdür, klub rəhbərliyi mövsüm bitən kimi heyətdə köklü dəyişikliyin anonsunu verdi. Amma bu məqamın özü də, demək olar ki, yenidən formalaşdırılacaq kollektivin bir müddət oyun planında "axsayacağına", meydanda anlaşma baxımından çətinlik çəkəcəyinə səbəb olacaq. Ümid edək ki, "Araz-Naxçıvan" bu problemlərlə üzləşməyəcək və debüt mövsümündə azarkeşlərinə sevincli anlar yaşadacaq.

Sonda onu da xatırladaq ki, Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatması iyunun 17-də baş tutacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyun 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri