Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Avrokubok perspektivi Klublarımızdan nə gözləyək?

Avrokubok perspektivi Klublarımızdan nə gözləyək?

Fanat saytına istinadən Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Mövsümün başa çatmasından üç həftəyə yaxın vaxt keçib və bir çox klublar hələ də istirahətdədir. Mövsümün yorğunluğunu çıxaran həmin Premyer Liqa təmsilçilərindən fərqli olaraq, 4 komandamız üçün yeni macəra başlayır. "Qarabağ", "Zirə", "Araz-Naxçıvan" və "Sabah" avrokubok hazırlığı ilə məşğuldur. Artıq həm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın (potensial), həm Avropa Liqasında yarışacaq "Sabah"In, həm də Konfrans Liqasına yollanacaq "Zirə" ilə "Araz-Naxçıvan"ın rəqibləri də bilinir.

Həftəiçi baş tutan püşk komandalarımız üçün nə qədər düşərli oldu? Dörd klubdan hansının püşkd bəxti gətirmədi? Kimlərin ilk mərhələni keçmək şansı realdır? 
Bu suallara cavab tapmaq üçün rəqibləri dəyərləndirəcəyik. 

"Qarabağ": "Linfild" tanış, "Şelburn" sərfəli rəqibdir 

UEFA Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq "Qarabağ" ilk sınağında "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 
Sözsüz ki, hər iki komandanın irland futbolu təmsilçisi olması işin başlıca müsbət tərəfidir. Odur ki, "Qarabağ" hazırlığını indidən eyni mentalitetə əsasən qura bilər. Amma İrlandiya və Şimali İrlandiyanın klub futbolunu müqayisə etdikdə, maraqlı məqamlar ortaya çıxır. Avrokubok nəticələrinə əsasən İrlandiyanın reytinqi (31-ci yer) Şimali İrlandiyadan (42) öndədirsə, "Qarabağ"a da yaxşı tanış olan "Linfild" əmsal cədvəlində "Şelburn"dan dəfələrlə öndədir. Konkret, Şimali İrlandiya təmsilçisi Avropada 179-ci, İrlandiya çempionu isə 360-cı sırada qərarlaşıb. Bu da təsadüfi deyil. Çünki daha köklü klub olan (1895-ci ildə yaranıb) və "Linfild"dən 64 il yaşlı olan "Şelburn" son illərdə çöküş yaşayıb. "Qarabağ"ın potensial rəqibi yalnız ötən mövsümdə "Şemrok Rovers"in hegomonluğuna son qoyaraq 18 illik fasilədən sonra çempion ola bilib. Halbuki, "Şelburn" 90-cı illərin sonu-2000-ci illərin əvvəllərində, konkret, 1998-2007-ci illər aralığında 10 mövsümün tən yarısında çempion titulunu əldə edib. 
"Şelburn" çempionluğunu müdafiə xəttinə borcludur desək, yanılmarıq. Komanda çempionatda hamıdan az - 36 oyunda 27 top buraxıb. Əvəzində 40 qol vura bilib ki, məhsuldarlıq göstəricisinə görə 10 iştirakçıdan cəmi 3-nü qabaqlaya bilib. 
Ancaq hazırda komandanın işi yolunda getmir. Məlum olduğu kimi, İrlandiya Premyer Liqasında cari mövsüm davam edir və 21 tur oynanılıb. Son 5 oyunda cəmi 1 qələbə qazanan "Şelburn" 5-ci yerdə qərarlaşıb və lider "Şemrok Rovers"dən 12 xal geri qalır.
"Linfild"ə gəlincə, şimali irlandiyalıları ətraflı tanıtmağa ehtiyac yoxdur. Çünki ölkəsinin UEFA turnirlərində ən çox iştirak edən klubu olan sözügedən kollektiv 2019/20 mövsümündə "Qarabağ"la qarşılaşıb. Komandamızla Avroliqada yolu kəsişən "Linfild" Belfastdakı ilk matçda Qurban Qurbanovun komandasını 3:2 hesabı ilə məğlub etməyi bacarmışdı. Bir həftə sonra Bakıda 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi yalnız səfər qolu sayəsində mərhələ adlaya bilmişdi.


Ümumiyyətlə, "Linfild" indiyə qədər avrokuboklarda qrup mərhələsinə düşə bilməsə də, bir neçə sürpriz nəticə ilə diqqət çəkib. 2020/21 mövsümündə Avropa Liqasının pley-offuna qədər irəliləyib burada Polşa "Lex"inə uduzub. 2022/23 mövsümündə Çempionlar Liqasının ilk mərhələsində "Budyo Qlimt" (Norveç) üzərində 1:0 qələbə qazanması da sürpriz nəticə idi.

Gənc "Sabah" 106 yaşlı "qoca"ya qarşı

Premyer Liqa tarixində ilk dəfə titul qazanan və Avropa Liqasında ölkəmizi təmsil edəcək "Sabah" üçün püşkü münasib saymaq olmaz. Əvvəla, "Sabah" özü hazırlıqlı görünmür. Kubokun qalibi hazırda baş məşqçisizdir və avrokuboka digər təmsilçilərimizdən erkən başlaması amili paytaxt klubunu tələsməyə vadar edir. Belədə isə səhv etmək riski yaddan çıxmamalıdır. Vasili Berezutskinin baş məşqçi postundan qəfil gedişi "Sabah"ın işini xeyli çətinə salıb.
Digər tərəfdən, Sloveniyanın titullu klublarından olan "Sele" sıradan rəqib deyil. 
1919-cu ildə yaranan "Sele" “Maribor” ilə birlikdə, Sloveniyanın yüksək liqasında fasiləsiz iştirak edən iki klubdan biridir. Baxmayaraq, tarixində ilk çempionluğunu 5 il əvvəl qazana bilib. D il sonra isə bu uğurunu yenidən təkrarlayıb. Bundan başqa, rəqib son mövsümdə Sloveniya kubokunu əldə edib. "Sele"dən ehtiyatlanmağa əsas verən amillərdən biri ötən tsikldə Konfrans Liqasında 1/4 finala qədər irəliləməsidir ki, komanda burada iki oyunun nəticəsinə görə "Fiorentina"ya uduzub (1:2, 2:2). 


Komandanın uğurlarında əsas pay sahibi tanınmış futbolçu olan, "Liverpul" və "Qalatasaray"dakı çıxışları ilə yaddaşlarda qalan Albert Rieradır. İspaniya millisinin sabiq üzvü “Sele”də ikinci dönəmdir çalışır. 2023-cü ildə cəmi 3 ay bu komandanın sükanı arxasında olan Riera “Bordo”da uğursuz çıxışın ardından, ötən ilin yayında yenidən “Sele”yə qayıdıb. Bu dəfə o, qeyd etdiyimiz kimi, Konfrans Liqasında uğurlu çıxışla yanaşı, ölkə kubokunu qazanıb.
Sloveniya təmsilçisinin heyətində yerlilərlə yanaşı 11 ölkədən (İspaniya, Rumıniya, Fransa, Litva, Niderland, İsveç, Bosniya və Herseqovina, Rusiya, Portuqaliya, Polşa, Farer adaları) legioner futbolçular çıxış edir. Sloveniya millisindən tanıdığımız Yan Karniçnik, Daniel Şturm, Mark Zabukovnik, Tamar Svetlin və Alyoşa Matko kimi futbolçulardan ehtiyatlanmaq gərəkir. Bununla belə, ötən il Konfrans Liqasında İsrailin "Makkabi Hayfa"sı ilə görüşlərin nəticəsi "Sabah"a olan inamı artırır. 

Qattuzonun əl əməyi

“Zirə” ötən il olduğu kimi, yenə Konfrans Liqasında Xorvatiya təmsilçisi ilə qarşılaşacaq. Ancaq "Osiyek"dən daha təcrübəli klub olan, 1911-ci ildə yaradılan “Hayduk” zəngin tarixi və güclü azarkeş dəstəyi ilə seçilir. Split təmsilçisi son mövsümdə çempionluqdan bir addım geri qalıb və liderlərdən 2 xal fərqlə 3-cü yeri tutub. 
Hazırda ev oyunlarını Splitdə 33 minlik “Poljud” stadionunda keçirən “Hayduk” Xorvatiya milli liqasında 6 dəfə ölkə çempionu olub. Ümumilikdə, klub 17 kubok və 5 superkuboka sahibdir. 114 yaşlı klubun qitə kuboklarında ciddi uğuru yoxdur. Komanda ən yaxşı halda 1/4 finalda mübarizə aparıb. 2007/08 mövsümündən müntəzəm olaraq avrokuboklarda çıxış edən komanda bu müddət ərzində yalnız 1 dəfə (2010/11) qrup mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm isə Konfrans Liqasında “Torshavn” (Farer adaları) səddini keçsələr də, Slovakiyanın “Rujemberok” komandasına uduzaraq mübarizəni dayandırıblar.
"Sabah"ın rəqibi kimi, "Zirə"nin qarşılaşcağı "Hayduk"u da ispaniyalı mütəxəssis çalışdırır. Məşqçilik karyerasına yeni başlayan 41 yaşlı Qonsalo Qarsiya ötən mövsüm Xorvatiyanın “İstra” klubunu çalışdırıb. Bundan əvvəl isə Niderlandın “Tvente” və Portuqaliyanın “Arouka” komandalarında baş məşqçi postunu tutub. Ancaq "Hayduk"a bürünc medalı Cennaro Qattuzo qazandırıb. Komandanı avrokuboka daşısa da, postundan ayrılan Qattuzo yaxında İtaliya millisinin baş məşqçisi təyin olunub. 


“Hayduk”un heyəti əsasən xorvatiyalı futbolçulardan tşkil olunub. Komandada cəmi 7 legioner var. Fil Dişi Sahili, Avstraliya, Kanada, ABŞ, Avstriya, Sloveniya və Qambiyadan olan oyunçulara heyətində yer verən Xorvatiya təmsilçisinin açar oyunçusu vaxtilə "Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olmuş İvan Rakitiçdir. "Hayduk"un ziyanına ola biləcək əsas məqam baş məşqçi dəyişikliyi, Qarsiyanin beynəlxalq arenada təcrübəsizliyi "qartallar"ın işinə yaraya bilər.
Yeri gəlmişkən, "Hayduk"un əsas komandası heç vaxt Azərbaycan təmsilçiləri ilə beynəlxalq yarışlarda üz-üzə gəlməyib. Əvəzində, klubun 19 yaşadək futbolçulardan ibarət kollektivi 2022-ci ildə UEFA Gənclər Liqasının I mərhələsində "Qəbələ" ilə qarşılaşıb. Hə iki matç (3:0, 2:1) rəqibin xeyrinə başa çatıb.

"Müharibə tanrısı" "Araz-Naxçıvan"ın debütünü korlamamalıdır

Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstanın “Aris” komandası olacaq. 111 yaşlı, “müharibə tanrısı” ləqəbli rəqib Yunanıstanın uğurları uzaq keçmişə təsadüf edir. Komanda tarixi ərzində 3 dəfə - 1927/1928, 1931/1932 və 1945/1946 illərdə ölkəsinin çempionu olub. Bundan başqa, "Araz-Naxçıvan"ın rəqibi cəmi bir dəfə (1969/1970 mövsümü) ölkə kubokuna sahib çıxıb. "Aris" UEFA-nın klub reytinqində hazırda 195-ci pillədə qərarlaşıb.


Baş məşqçi Marinos Uzunidisin rəhbərliyi altında ötən mövsümü 5-ci pillədə bitirən "sarı-qaralar" çempion “Olimpiakos”dan 18 xal geri qalıb. Yeri gəlmişkən, 2004-cü ildən məşqçilik karyerasına başlayan 56 yaşlı yunan mütəxəssis Marinos Uzunudis 11 il ərzində 14 fərqli komandanı çalışdırıb ki, bu da onun sabit xarakterli olmamasına dəlalət edir. 
Heyətə gəlincə, "Araz-Naxçıvan"ın rəqibinin əsasını ispan oyunçular təşkil edir. Komandada 8 ispan futbolçu yer alır. Ümumiyyətlə, legionerlərdən Çexiya millisinin müdafiəçisi Yakub Brabets, İsveç yığmasının hücumçusu Robin Kvayson, sabiq “Real Sosyedad”lı yarımmüdafiəçisi Ruben Pardo, vaxtilə “Barselona”da çıxış etmiş Martin Montoya tanınan adlardır. Əvəzində yerlilərin sayı cəmi 3 nəfərdir. 
Superliqa təmsilçisi ev oyunlarını 23 minə yaxın azarkeş tutumuna malik “Kleanthis Vikelidis” stadionunda keçirir. 
Əslində, "Araz-Naxçıvan" heyətinin əsasını qorumağı bacarıb. Doğrudur, mövsümün sonunda 5 futbolçu göndərilib. Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviç "qırmızı-ağlar"a lazım olmayıb. Ancaq baş məşqçi Elmar Baxşıyev başda olmaqla, Kristian Avram, İssuf Paro, Vanderson Melo, Nuno Rodriges, Ramon Maçado, Felipe Santos kimi aparıcı legionerlərin saxlanılması, yerlilərdən Tərlan Əhmədli, Ömər Buludov, Ülvi İsgəndərov, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Qara Qarayev və Slavik Alxasovla müqavilələrin yenilənməsi vacib məqamdır.Bundan başqa, komandaya yeni gələnlər də var. "Araz-Naxçıvan" Bar Cohen (“Makkabi Netaniya”, İsrail), Çance Simakala ("Osnabruk", Almaniya) və Bruno Frankonun ("Lokomotiv", Bolqarıstan) keçidini reallaşdırıb. Üstəlik, avrokuboklara hazırlıqlara hamıdan tez məhz Naxçıvan təmsilçisi başlayıb.

Qeyd edək ki, "Qarabağ" ÇL-də ilk oyununu 22 iyulda səfərdə keçirəcək. Digər təmsilçilərimiz isə avrokubok macərasına evdə başlayacaqlar. "Sabah" iyulun 10-da, "Zirə" ilə "Araz-Naxçıvan" isə 24-də rəqiblərini qonaq edəcək. "Qartallar" ev oyununu "Neftçi Arena" keçirəcək. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:376
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri