Icma.az
close
up
RU
“Klubun əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik”

“Klubun əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov püşkü dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan Kürdov bunları deyib:

“Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu. İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq.

Karyeram baxımından da qarşıdakı 3 matç çox vacibdir. Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdi. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. Bu arada, “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Bu imkanı yaratdığına görə klub rəhbərliyənə təşəkkür edir, etimadı doğrultmağa çalışacam.

Rəqiblərimiz arasında tanış olanı var. “Sparta Belfast”la ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq və Şimali İrlandiyanın “Sparta Belfast”, Şotlandiyanın “PYF Saltires” və Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Avqust 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri