“Neftçi” əvvəlki əzəmətini qaytarmaq yolundadır”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turunda “Qarabağ”ı qəbul edəcək.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov “Futbolpress.az”a açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Derbi adına layiq oyun gözləyirəm. Son oyunlar göstərir ki, “Neftçi” əvvəlki əzəmətini qaytarmaq yolundadır. Maraqlı oyun olacağını düşünürəm. Hər iki komanda azarkeşlərini sevindirmək üçün çalışır”.
Sadıqov “Qarabağ”ın heyətindəki dəyişikliklərin komandanın oyununa ciddi təsir etməyəcəyini bildirdi:
“Qarabağ” sistem komandasıdır. Düzdür, gedənlərin təsiri hardasa ola bilər, amma onlar öz sistemləri ilə itkiləri qapamağa çalışır. Hər bir halda, “Neftçi” “Neftçi”dir, “Qarabağ” da “Qarabağ”. Onların adları var, meydanda derbi atmosferində oyun olacaq. Hər iki tərəfə uğurlar arzu edirəm”.
Fevralın 16-da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa saat 19:00-da start veriləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















