Icma.az
close
up
RU
Kobaxidze Bakıya niyə gəlib? Gürcüstandakı soydaşlarımız da müzakirə ediləcək

Kobaxidze Bakıya niyə gəlib? Gürcüstandakı soydaşlarımız da müzakirə ediləcək

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıdadır. O, Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclasında iştirak edir. 

Qeyd olunub ki, Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.

O, artıq Baş nazir Əli Əsədovla görüşüb, Prezident İlham Əliyevlə də görüş nəzərdə tutulub.

Səfərlə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyev bildirib ki, Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərə töhfə verib:

“Görüşlərdə bir sıra məsələlərin müzakirəsi gözlənilir. Dünən də xarici işlər nazirimiz Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçoşivilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu görüşlər həm geniştərkibli, həm də təkbətək formatda olub. Hökumətlərarası Komissiyanın iclasında hərtərəfli müzakirələr keçiriləcək. Parlament seçkilərinin uğurla keçməsi, yeni hökumətin formalaşması bundan doğan təzahürlərin müzakirəsi olacaq. Məlumdur ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Həm təhlükəsizlik, həm də siyasi-iqtisadi məsələlər, hərbi təlimlərin keçirilməsi gündəlikdə olacaq. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri çox mühüm istiqamətdə gedir. ən vacib məsələlər onan ibarətdir ki, həm Hökumətlərarası, həm də parlamentlərarası  əməkdaşlıq strateji əlaqələrimizə töhfə verir”.

Arzu Nağıyev Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı da müzakirə aparılacağını deyib:

“Regional və beynəlxalq formatlarda ölkələrimiz bir-birilərinin legitim maraqlarına hörmətlə yanaşırlar. Düşünürəm ki, regional əməkdaşlığımızın nəticəsində baş tutan “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Qars”, “Cənub Qaz dəhlizi” kimi irimiqyaslı layihələr bir daha müzakirə olunacaq. Bu layihələr regionda iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinə töhfə verəcəklər. Bundan başqa, Gürcüstan ərazisində yaşayan azərbaycanlıların yaşadığı 5 rayonla bağlı da, yəqin ki, müzakirələr aparılacaq və aparılmalıdır. Energetika və kommunikasiya sahələrindəki konkret layihələr üzərində əməli addımların atılması, qlobal səviyyədə bu məsələlərin müzakirəsi gündəlikdə olacaq. Yəni çox mühüm  görüş gözlənilir. Cənubi Qafqazda sülhün bərqərara edilməsi istiqamətində Gürcüstanın səyləri, sülh və sabitliyin əldə olunması üçün regional əməkdaşlıqda Ermənistanla bağlı müvafiq addımların atılması, Ermənistanın sürətlə silahlanmasının qarşısını almaq, revanşist meyillərin sülh prosesinə zərbə vurması da müzakirə olunacaq.  Ümumiyyətlə, qarşılıqlı maraq doğuran bütün ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri