Kobaxidze Aİ nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb.
İ.Kobaxidze səfirin qeyd olunan tədbirdəki hərəkətlərini Vyana Konvensiyasının pozulması kimi qiymətləndirib:
"Bir deyimi xatırlatmaq istərdim: davadan sonra əl sıxmaq olmaz. Həmçinin cənab Herçinskiyə xatırlatmaq istərdim ki, seçkilərdə məğlub olduqdan sonra "Ole Ola" mahnısını oxumurlar. Bu, mənim ona mesajımdır".
Gürcüstanın Baş naziri həmçinin Aİ-nin bir sıra rəsmilərini Tbilisi ilə münasibətlərdə Avropanın obyektiv maraqlarına uyğun davranmamaqda ittiham edib.
Baş nazirin sözlərinə görə, Aİ daxilində Gürcüstanın siyasi və iqtisadi əhəmiyyətini yaxşı anlayan ölkələr olsa da, bəzi avropalı bürokrat və siyasətçilər Tbilisiyə yanaşmada başqa qüvvələrin təsiri altında hərəkət edirlər.
"Biz Avropa bürokratiyasının gürcü xalqına hücumlarına öyrəşmişik. Bu, ölkəmizə qarşı növbəti hücumdan başqa bir şey deyil və çox təəssüf doğurur", - Kobaxidze qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















