Kobaxidze onları HƏDƏLƏDİ
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Gürcüstan parlamentinin binası yaxınlığında müxalifətin etiraz aksiyalarının təşkilatçıları cəzalandırılacaq".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.
"Tiflisdə keçirilən etiraz aksiyalarının arxasında Gürcüstanın müxalifət partiyalarının, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri dayanır. Bu zorakılığı təşkil edən, lakin öz kabinetlərində gizlənən siyasətçilər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər", - Kobaxidze bildirib.
Baş nazir iddia edir ki, etirazçıları gözyaşardıcı qazdan qorumaq üçün gözlüklə təmin edən və onlara pirotexniki vasitələr alan QHT olub.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi ötən gecə keçirilən mitinqlərdə 34 müxalifətçinin saxlandığını bildirib. Bundan başqa, 36 nəfər cərimələnib. Səhər saatlarında məlum olub ki, Gürcüstan xüsusi təyinatlıları Tbilisi Dövlət Universitetinin yaxınlığında müxalifətin etiraz aksiyasını dağıdıblar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 03 Dekabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















