Icma.az
close
up
RU
Kobaxidze Zurabişvilini cinayət məsuliyyəti ilə hədələdi

Kobaxidze Zurabişvilini cinayət məsuliyyəti ilə hədələdi

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin edilməsi ideyasına qarşı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, Kobaxidze bu barədə brifinqdə danışıb.
Kobaxidzenin sözlərinə görə, Zurabişvili şənbə günü müxalifət və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb:
“Bizə məlumat verildi ki, onlar dünən seçkilərin təyin edilməsi məsələsini ciddi müzakirə ediblər. Salome Zurabişvili dünən parlament seçkiləri təyin etməli olduğu niyyəti ilə müxalifət spektrini və QHT-ləri toplayıb.
Ağıllı kimsə ona bunu etməməyi tövsiyə edib. Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, növbəti seçkilər, parlament deputatlarının 4 illik səlahiyyət müddəti bitdikdə və növbədənkənar seçkilər, parlament hökumətə etimad göstərmədikdə”.
Baş nazir vurğulayıb ki, əgər prezident buna baxmayaraq başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq:
“Biz onun (Zurabişvili - red.) harada, dəmir barmaqlıqlar arxasında və ya azadlıqda yaşamağa davam edəcəyini görəcəyik”.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-unu qazanıb. Parlamentə daxil olan bütün müxalifət partiyaları, o cümlədən Zurabişvili seçkinin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir. Gürcüstan prezidenti də onları dəstəkləyir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri