Koçaryan parlamentə gedəcək?
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan” bloku parlament mandatlarını qəbul edib-etməməsi ilə bağlı hələ qərar verməyib.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti və blokun baş nazirliyə namizədi Robert Koçaryan bildirib.
Onun sözlərinə görə, məsələ digər müxalif qüvvələrlə müzakirə olunacaq.
Koçaryan qeyd edib ki, deputat mandatları siyasi mübarizənin davam etdirilməsi üçün mühüm alət ola bilər.
Sabiq prezident vurğulayıb ki, müxalifət hakimiyyətin legitimliyinin ciddi şəkildə zədələndiyini hesab edir və mübarizəni davam etdirmək niyyətindədir.
“Bu mübarizə həm parlamentdə, həm də küçədə davam edəcək”, - deyə Koçaryan əlavə edib.
Baxış sayı:98
Bu xəbər 13 İyun 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















