Koçaryan: “Üçüncü gün anladım ki, müharibəni uduzacağıq”
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Üçüncü gün başa düşdüm ki, müharibədə qalib gələ bilməyəcəyik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan TV5 telekanalına müsahibəsində deyib.
O bildirib: "İkinci gün Qarabağda idim və gördüklərim məni bir-iki gün ərzində inandırdı ki, biz bu müharibəni uduzacağıq. 2 həftə Qarabağda oldum və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Araik Arutyunyanı inandırmağa çalışırdım ki, müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etsin. Uduzduğumuz aydın idi.
Mən hətta keçmiş prezidentlərlə və o vaxtkı prezidentlə görüşməyi təklif etdim. Baxmayaraq ki, Araik Arutyunyana münasibətim yaxşı məlumdur.
Müdafiənin təşkili baxımından çox konkret təkliflərim var idi və təbii ki, müharibəni mümkün qədər tez dayandırmaq üçün mümkün olan hər şeyi edirdim. O, bundan imtina etdi, görüşmək istəmədi və Bako Saakyan vasitəsilə bunları çatdırdı: “Köçəryanla görüşsəm, Ermənistanın baş naziri məni yeyəcək”.
Robert Koçaryan əlavə edib: "Mən orduda normal komandanlıq görmədim, o sadəcə olaraq, mövcud deyildi".
Baxış sayı:37
Bu xəbər 09 Noyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















