Icma.az
close
up
RU
Koçaryan yenə həbsdə: Putin bu dəfə də onu xilas edə biləcək?

Koçaryan yenə həbsdə: Putin bu dəfə də onu xilas edə biləcək?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Seçkilərdə əldə etdiyi qələbədən sonra baş nazir Nikol Paşinyan müxtəlif cinayətlərdə ittiham olunan rəqiblərinə qarşı hücumları genişləndirib.

Görünən odur ki, hazırda əsas hədəflərdən biri keçmiş prezident Robert Koçaryandır.

Koçaryan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

“Bakupost” xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə Robert Koçaryan və oğlu Levon Koçaryanın evində korrupsiya cinayətləri ilə bağlı axtarışlar aparıb. Saxlanılanlar arasında keçmiş prezidentin böyük oğlu Sedrak Koçaryanın da olduğu bildirilir.

Məlumata görə, Robert Koçaryana qarşı 3 maddə üzrə cinayət işi açılıb. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri üzrə cinayət təqibinə başlanılıb.

Xatırladaq ki, seçkilərdən xeyli əvvəl də Koçaryan həbs edilmişdi. Lakin sonradan Rusiya Prezidenti Vladimir Putinin məsələyə müdaxiləsindən sonra o, həbsdən buraxılmışdı.

Görəsən, bu dəfə də analoji vəziyyət təkrarlanacaq, yoxsa Paşinyan keçmiş prezidentlə bağlı geri addım atmayacaq?

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Koçaryan məsələsində Paşinyan Putinlə müəyyən siyasi alverə gedə bilər:

“Putinə bəyan edəcək ki, Koçaryanı buraxmağın əvəzində o da Ermənistana qarşı tətbiq edilən cəza tədbirlərindən əl çəksin. Buna alver deyirlər”.

Ekspertin fikrincə, ikinci variant isə Paşinyanın Ermənistanın artıq Rusiyadan asılı olmadığını əsas gətirərək Koçaryanı birmənalı şəkildə cəzalandırmasıdır:

“Yəni ikinci variant odur ki, Ermənistan bir dövlət olaraq artıq Rusiyadan asılı deyil və onun agentini cəzalandıracaq. Onsuz da son seçki göstərdi ki, artıq Koçaryanın kartı vurulub. Onun Ermənistan cəmiyyətində dayağı yoxdur”.

Müsahibimizin sözlərinə görə, siyasətçi kimi hər iki variant Paşinyanın masasının üstündədir:

“İndi Kremldən gələcək reaksiyanı gözləyir. Rusiyadan reaksiya o ola bilər ki, Koçaryanın azad olunması müqabilində Ermənistanın tələblərini yerinə yetirsin”.

Rüfət Sultan,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri