Icma.az
close
up
RU
Koçaryan və Sarkisyanın “SİLAHI”: Stalin və Putin… KONKRET

Koçaryan və Sarkisyanın “SİLAHI”: Stalin və Putin… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan parlamentində İkinci Dünya müharibəsi ilə bağlı bəyanat layihəsi Kreml təbliğatı kimi qiymətləndirildi

27 may tarixində Ermənistan parlamentində keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Şərəfim var” fraksiyası tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bəyanat layihəsi təqdim edilib.

Lakin bu bəyanat Kremlin rəsmi ideoloji xəttinə uyğun hazırlandığı üçün ölkənin hakim partiyası – “Vətəndaş sazişi” fraksiyası tərəfindən rədd edilib. Hakim fraksiya bəyanatda SSRİ-nin faşizm üzərində qələbədə həlledici rolunun qeyd olunmasını tarixin saxtalaşdırılması kimi dəyərləndirib.

Daha qalmaqallı məqam isə bəyanat müəlliflərinin 9 May Qələbə Günü ilə 1992-ci ildə erməni hərbi birləşmələrinin Şuşanı işğal etməsi arasında paralel aparmaq cəhdi olub. Bu isə açıq şəkildə daxili və beynəlxalq səviyyədə etirazla qarşılanıb.

Kreml tezisləri və Sarkisyan-Koçaryan tandemi

“Şərəfim var” fraksiyası ilə yanaşı, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyası da sənədin qəbulunu dəstəkləyib. Layihədə Stalinqrad və Kursk döyüşlərinin “müharibənin dönüş nöqtələri” kimi təqdim olunması və “sovet əsgərinin qəhrəmanlığı olmasaydı, Avropa azad ola bilməzdi” fikri xüsusilə diqqət çəkib.

Sənədin 9 Maydan üç həftə sonra parlamentə təqdim olunması müşahidəçilər tərəfindən Kremlə sadiq revanşist dairələrin koordinasiya etdiyi informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilib.

Bu təşəbbüs, Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovanisyanın Stalinqrad döyüşündə nasist Almaniyasının qələbəsinin “ermənilər üçün şans ola biləcəyi” ilə bağlı qalmaqallı açıqlamasına cavab kimi də dəyərləndirilir.

Deputatların arqumentləri: “Tarix saxtalaşdırılır”

Hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Asmik Akopyan bildirib ki, layihədə yalnız SSRİ-nin rolu qabardılıb, digər müttəfiqlərin – ABŞ və Böyük Britaniyanın töhfəsi isə tamamilə gözardı olunub. O, İkinci Dünya müharibəsi ilə Qarabağ münaqişəsi arasında paralel aparılmasını tarixi manipulyasiya kimi qiymətləndirib.

Digər deputat Arman Eqoyan isə SSRİ-nin müharibədən əvvəl nasist Almaniyası ilə sıx əməkdaşlıq etdiyini, bir sıra Avropa ölkələrinə (Finlandiya, Polşa, Baltikyanı respublikalar) hərbi müdaxilələr etdiyini xatırladaraq, bu faktların da unudulmamalı olduğunu vurğulayıb.

Asmik Akopyan

Təklifin müəllifi Tigran Abramyan isə hökumətin “alternativ baxışlar” yaydığını və təqdim etdikləri sənədin “inkarolunmaz tarixi faktlara” əsaslandığını iddia edib.

Dərinləşən ideoloji uçurum

Hadisələr göstərir ki, Rusiya ilə Ermənistan arasında ideoloji fərqliliklər İkinci Dünya müharibəsi kimi mövzular ətrafında belə ciddi şəkildə üzə çıxır. Moskva bu fərqliliyi yalnız tarixi mübahisə kimi deyil, həm də geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi görür.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti alternativ tarix şərhlərinə yer ayıraraq, ölkənin müstəqil və çoxşaxəli ideoloji xəttini qorumağa çalışır.

Mənbə:  https://haqqin.az/news/349594

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 May 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri