Icma.az
close
up
RU
Koçaryanı tarixin zibilliyinə atacaqlar... Keçmiş deputatdan maraqlı ŞƏRH

Koçaryanı tarixin zibilliyinə atacaqlar... Keçmiş deputatdan maraqlı ŞƏRH

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Koçaryanın şüuru bədbəxtçilikdən xilas olmayıb"

"Ermənistanda iyun ayının 7-nə təyin olunan parlament seçkilərindən sonra ölkədə ciddi toqquşmaların baş verməsi və vətəndaş müharibəsi ehtimalı olduqca aşağıdır".

*AzPolitika" xəbər verir ki, bu barədə keçmiş deputat, tanınmış ziyalı Etibar Əliyev Ermənistandakı son siyasi prosesləri şərh edərkən bildirib.E.Əliyev qeyd edib ki, yerli ekspertlərin bir çoxu seçkidən sonra Rusiya faktorunun da təsirilə ciddi toqquşmaların qaçılmaz olduğunu iddia etsələr də, real mənzərə tam fərqlidir. Qərbi Azərbaycanda erməni dilini mükəmməl öyrəndiyini və uzun müddətdir Ermənistandakı seçki marafonunu birbaşa mənbələrdən izlədiyini vurğulayan sabiq deputat gəldiyi mühüm qənaətləri bölüşüb: "Bu ölkədə hazırda insanları vətəndaş müharibəsinə sürükləyəcək hər hansı bir daxili impuls yoxdur. Əvvəlki dövrlərdə ölkəni fəlakətə sürükləyən müharibə tərəfdarı, ekstremist ünsürlərin bir qismi artıq yoxdur, yerdə qalanlar isə tam bir susqunluq nümayiş etdirirlər".Ermənistanın keçmiş prezidenti, revanşist qüvvələrin rəhbəri Robert Koçaryanın seçki kampaniyasına toxunan E.Əliyev, onun ağır siyasi məğlubiyyətlə üz-üzə olduğunu vurğulayıb: "Koçaryanın seçicilərlə görüşlərində onun pessimist durumda olması açıq-aşkar hiss olunur, çünki yerli əhali onu dəstəkləmir. Vaxtilə hiyləgərcəsinə manipulyasiya etdiyi Qarabağ faktoru hələ də onun təhtəlşüurundan silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və əminliklə demək olar ki, bu seçki onu birdəfəlik tarixin zibilliyinə atacaq. Rəqəmlər də bunu deyir: Koçaryanın sosial şəbəkələrdə və televiziyalarda izləyici sayı hazırkı Baş nazir Nikol Paşinyandan 50-100 dəfə azdır".

"Z nəsli müharibə istəmir, yaşlı nəsil isə dərs alıb"

Keçmiş deputatın sözlərinə görə, erməni cəmiyyətində sülhə doğru ciddi bir adaptasiya prosesi gedir. Xüsusilə gənc nəslin revanşist ideyalardan uzaq olduğunu qeyd edən ekspert bildirib: "Ermənistanda yeni yetişən 'Z nəsli'nin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Onlar üçün 'müharibə' tamamilə yad və qəbuledilməz bir anlayışdır. Orta və yaşlı nəsil isə ötən illərin səhvlərindən kifayət qədər ibrətamiz dərslər çıxarıb. Bu səbəbdən Rusiyanın ölkədə daxili qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır".

Şərhinin sonunda regionun gələcək perspektivini dəyərləndirən Etibar Əliyev, Azərbaycan və Ermənistan rəhbərliyinin apardığı danışıqların tarixi əhəmiyyətinə diqqət çəkib: "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın regionda sülhün əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar, eləcə də onların nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyəli qarşılıqlı anlaşmanın əldə olunmasının bariz sübutudur. Dünyanın aparıcı dövlətlərinin və qlobal güclərin də bu sülh prosesinə dəstəyi açıq-aşkar ortadadır".

Rasim

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri