Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… ŞOK
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Robert Köçəryan (Ermənistanın ikinci prezidenti – red.) Heydər Əliyevlə Ermənistanın suveren ərazisi olan Meğrinin Qarabağa dəyişdirilməsi haqda danışıqlar aparıbsa, deməli, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Lurer” saytı çıxış edib.
Nəşrin təhlil yazısında bu fikir politoloqların ümumi müşahidəsindən çıxan nəticə kimi təqdim edilib:
“Ekspertlər qeyd edirlər ki, ikinci prezident (R.Köçəryan – red.) reallığı fərqli təqdim etməyə çalışsa da, ortada fakt var: məhz onun hakimiyyəti dövründə Qarabağ (qondarma rejim – red.) danışıqlar masasından kənarda qalıb.
Köçəryan və Meğri ilə bağlı məsələnin gündəmə gəlməsi hazırkı hakimiyyətin Azərbaycana Zəngəzur dəhlizini vermək niyyətində olmasından qaynaqlana bilər.
Ki-Uest (2001) danışıqlarında dəhliz məntiqi olub. Bu gün hökumət açıq şəkildə bəyan edir ki, bütün yolların açılmasının tərəfdarıdır, lakin bunlar ərazisindən keçdikləri dövlətin yurisdiksiyasında qalmalıdır”.
Qeyd edək ki, 2001-ci ildə Ki-Uestdə keçirilən danışıqlarda Meğri və Qarabağ məsələsi gündəmdə idi, lakin rəsmi Bakı bundan imtina etdi, danışıqların birbaşa iştirakçısı olan Köçəryan da bunu təsdiq edir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Fevral 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















