Icma.az
close
up
RU
Köçəryan, Sərkisyan və Ohanyan Azərbaycana gətiriləcək? KONKRET

Köçəryan, Sərkisyan və Ohanyan Azərbaycana gətiriləcək? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Fakt” nəşri bildirir ki, Azərbaycan Ermənistandakı hərbi cinayətkarların (əli azərbaycanlı qanına bayanlar) ekstradisiyasını tələb edə bilər. Maraqlıdır, Ermənistanın bu tələblərə reaksiyası Azərbaycan-Ermənistan münasibətlərinə və regionda sülh prosesinə necə təsir edər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev qeyd edib ki, Bakı məhkəmələri və keçmiş əsirlərin verdiyi ifadələr əsasında Ermənistanda olan bəzi şəxslər barədə məhkəmə hökmü çıxarıla və onlara qarşı beynəlxalq axtarış elan oluna bilər.

Taleh Əliyevin sözlərinə görə, adı xüsusilə hallanan şəxslər arasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və Qarabağda qətliamların təşkilatçılarından biri hesab olunan keçmiş müdafiə naziri Seyran Ohanyan ola bilər. O, bildirib ki, keçmiş əsirlərin və zorla köçürülmüş azərbaycanlıların şahid ifadələri bu iddiaları təsdiqləyir.

“Azərbaycan məhkəməsi qarşısında keçirilən qiyabi proseslərin nəticəsinə görə onların barəsində hökm çıxarılar və Interpola axtarış verilə, başqa ölkələrdə həbs edilərək Azərbaycana gətirilmələri reallaşa bilər. Bu mümkün ssenaridir”, — deyə Taleh Əliyev vurğulayıb.

Eyni zamanda politoloq qeyd edib ki, hazırkı mərhələdə Azərbaycan tərəfinin belə tələbi qəti şəkildə irəli sürməsi sülh prosesinə mənfi təsir göstərə bilər. Onun fikrincə, Koçaryan, Sarkisyan və Ohanyan kimi şəxslərin Ermənistanın daxili siyasi həyatı və bəzi qüvvələrin mövqeyində rolu nəzərə alınmaqla, ekstradisiya tələbi Nikol Paşinyan və hakimiyyətinə qarşı istifadə olunar və regionda kövrək dialoqa zərər verər.

“Təzyiq və tələbkar mövqe Ermənistanın daxili siyasi dairələrində, o cümlədən kilsə və Rusiyaya yönəlmiş qüvvələr arasında Paşinyanı “Azərbaycan maraqlarına xidmət etmək” ittihamları ilə üz-üzə yol qoya bilər Bunun sülh prosesinə daha ciddi zərbə vurması mümkündür”.

Politoloq həmçinin qeyd edib ki, Azərbaycanda qiyabi məhkəmə prosesləri, sübutlar və dəlillərin toplanması davam edir və bu yolla digər əsas iştirakçılar barədə də məhkəmə hökmünün çıxarılması mümkündür. Lakin hazırkı mərhələdə Azərbaycanın bu şəxslərin dərhal ekstradisiyasını kəskin tələb etməsi sülh üçün əlavə təhlükə yaradacaq. Ermənistan hakimiyyətinin belə bir razılığa getməsi inandırıcı deyil.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri