Icma.az
close
up
RU
Köçəryan Sarkisyan cütlüyünün son dirənişi

Köçəryan Sarkisyan cütlüyünün son dirənişi

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Son günlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi, normallaşma, etimad quruculuğu istiqamətində bir sıra real addımlar atılıb. Proseslərin gedişi regionda formalaşmış yeni reallıqlar fonunda artıq real sülhün bərqərar olduğunu, əməkdaşlığın formalaşması istiqamətində addımların atılmağa başladığını göstərir.

Amma təəssüf ki, Ermənistanda sabiq xunta rejimi rəhbərlərinin, xüsusilə Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdikləri revanşist qüvvələr yenidən baş qaldırıb, onlar istənilən vasitədən istifadə etməklə Ermənistanın daxilində çaxnaşma yaratmağa, prosesləri pozmağa çalışır, eyni zamanda yenidən hakimiyyətə gəlməyə can atırlar.

Hazırda cərəyan edən hadisələr, sülh gündəminin irəliləməsi təbii ki, Köçəryan-Sarkisyan cütlüyü üçün narahatlıq yaradır. Onlar bəzi xarici və daxili qüvvələrin, o cümlədən  Rusiyadakı erməni əsilli oliqarxiya, erməni diasporu və kilsənin dəstəyi ilə Qarabağ məsələsini siyasi alət kimi əllərində saxlayıb, revanşist cəhdlərini reallaşdırmağa çalışırlar. Keçmişin illüziyaları ilə yaşayan bu qüvvələr düşünürlər ki, qisas ideyaları ilə ətraflarında insanları səfərbər edə biləcəklər. Bu məqsədlə sistemli olaraq Qarabağ ermənilərindən və kilsə faktorundan istifadə edirlər.

Bir neçə gün əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə çıxışında tarixi abidə statusuna malik olan və pulsuz istifadə üçün Erməni Apostol Kilsəsinə verilmiş bəzi kilsə və monastırları kilsədən geri alınacağı ilə hədələyib. Onun fikrincə, bu kilsələrdə mənəvi həyat yoxdur və onlar intriqaların və müxtəlif siyasi sxemlərin meydanına çevrilib. Baş nazir bir daha katolikos II Qaregini subaylığını pozmaqda ittiham edib və əlavə edib ki, hökumətin kilsə ilə heç bir münaqişəsi yoxdur: "Bizim münaqişəmiz Eçmiədzinin ana taxtını qəsb edən və təhqir edən bir qrup şəxslərdir".

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə bunun ardınca mediaya bildirib ki, katolikos bundan sonra da millətin və kilsənin maraqlarını qətiyyətlə müdafiə edəcək. Əlavə edib ki, hakimiyyətin kilsəyə hücumları yalnız onu gücləndirir: "Psixi sağlamlıq problemi olan, kinlə dolu biri və ya düşmənin əmrlərini yerinə yetirən kimsə kilsəyə qarşı mübarizəyə başlaya bilər... Amma hamımız bilirik ki, kilsənin təqibi onu yalnız gücləndirir".

Məlumdur ki, Ermənistanda kilsə tarixi boyunca dini deyil, siyasi işlərlə məşğul olub. Terrorizmə dəstək vermək, bütün erməniləri qondarma "erməni soyqırımı"na görə qisasa çağırmaq, erməni terror qruplaşmalarına yerinə yetirmələri üçün cinayət planları hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi hadisələri saxtalaşdırmaq, erməni xalqının "qədimliyi" və "əzabkeşliyi" haqqında müxtəlif miflər yaratmaq erməni kilsəsinin fəaliyyətində xüsusi yeri tutur. Vaxtilə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında erməni kilsəsi birbaşa iştirak edib. Tarix boyu soydaşlarımıza qarşı həyata keçirilən qırğınlar, soyqırımları məhz erməni kilsəsinin çağırışı və dəstəyi ilə baş verib. Bu gün erməni kilsəsinin revanşistlərə dəstək verməsi, onların çevriliş planlarına ortaq olması, elə Sarkisyanın açıqlaması da deyilənləri bir daha sübut edir.

Qeyd edək ki, hökumətlə Erməni Apostol Kilsəsi arasında baş verən qarşıdurmadan sonra təhlükəsizlik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Hazırda Erməni Apostol Kilsəsinin üç yeparxiyasının rəhbəri - Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan həbsdədirlər. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası ala bilər.

Göründüyü kimi, Ermənistanda kilsə yenə də siyasi proseslərin mərkəzindədir. Revanşistlərlə əlbir şəkildə sülhə, sabitliyə zərər vermək, onların yenidən hakimiyyətə yiyələnmələri üçün pozucu planları birgə həyata keçirir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib: "Reallıq bundan ibarətdir ki, bu gün Azəbaycanla Ermənistan arasında sülh müqaviləsinin imalanması bəlkə də Azərbaycandan çox Ermənistana lazımdır. Çünki Ermənistan sülh müqaviləsi imzalanmadıqca, kommunikasiyalar açılmadıqca, iqtisadiyyatı get-gedə daha da çökəcək. Ermənistan bu gün kifayət qədər acınacaqlı durumdadır. İqtisadiyyatı Rusiyadan asılıdır, Paşinyan çalışır ki, müstəqil siyasət yürütsün, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətləri normallaşdırmaqla həm sərhədlərin açılmasına nail olsun, eyni zamanda, özü də etiraf etdiyi kimi, bu vaxta kimi olmayan Ermənistan dövlətçiliyinin qurulmasına nail olsun. Ölkə daxilində ona qarşı müxalif qüvvə var. Həmin müxalif qüvvə bizim şimal qonşumuzun, digər qüvvələrin əlində marionet alət olaraq istifadə olunmaqdadır. Onlar Paşinyana müqavimət göstərirlər və əsas mövqe də ondan ibarətdir ki, Paşinyan Azərbaycanın tələblərini yerinə yetirir, faktiki Ermənistan dövlətinə zidd mövqe sərgiləyir, siyasət aparır, ona görə də Paşinyanın üzərinə o cür gəlirlər. Revanşist qüvvələrin əslində məqsədi əvvəlki dönəmə qayıtmaq, Azərbaycanla gərginlik fonunda özlərinin istəklərinə nail olmaqdır. Onların mövqelərini başqa formada ifadə etmək olmur. Bu baxımdan Ermənistan daxilində revanşistlərin baş qaldırdıqlarına şahidlik edirik. Amma görünən bundan ibarətdir ki, Paşinyan onları sıradan çıxarır və onlara qarşı uğurla mübarizə aparır".

A.Əlizadə söyləyib ki, siyasi rəqibləri - köçəryanlar, sarkisyanlar, onların ətrafı faktiki olaraq Paşinyana güc nümayiş etdirmək imkanlarında deyillər. Ona görə də digər qüvvələr ortaya çıxarılır: "Rusiyadan və digər yerlərdən idarə olunan erməni oliqarxlar var, onların vasitəsilə bir müxalif cameə yaratmağa çalışırlar ki, Paşinyanı qarşıdakı seçkilərdə məğlub edib,  Ermənistanı əvvəlki dönəmə qaytarmaq imkanlarına malik olsunlar. Hələ ki, görünən bundan ibarətdir ki, Paşinyan revanşistlər üzərində qalib gəlməkdədir. Seçkilər yaxınlaşdıqca bu gərginlik, qarşıdurma bir qədər də artacaq. Paşinyan kilsə ilə də paralel olaraq mübarizə aparır. Kilsənin 13 yüksək rütbəli nümayəndələri həbs olunublar, təcrid ediliblər. Proses davam edir. Ermənistanda bir sıra digər həbslər də həyata keçirilib. Gümrünün meri, Masinin meri həbs edilib. Müxalifətdə olan, Paşinyana qarşı addımlar atan, eyni zamanda, revanşist adlandırdığımız qüvvələr ki, var onlar Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyillər, onlara qarşı Paşinyan hələ ki, uğurla mübarizə aparmaqda, bu şəxsləri təcrid etməkdədir".

Prosesin hara kimi gedəcəyinə gəlincə, deputat deyib: "Seçkilərin nəticələrindən asılı olaraq Paşinyan hakimiyyətdə qalacaqsa, təbii ki, bu, sülh prosesində çox ciddi irəliləyişə səbəb olacaq. Əks halda, bundan növbəti dəfə də itirən Ermənistan olacaq. Ümumiyyətlə, erməni revanşistlər qalib gələ, mövqelərini gücləndirə bilsələr, qarşıdakı dönəmdə Ermənistan o siyasətə qayıdacaqsa, bundan itirən ilk növbədə Ermənistan olacaq. Ermənistan adlı dövlətin ümumiyyətlə, bu arealda mövcudluğu sual altına düşəcək. Biz bunu əvvəl də demişik, indi də o fikirdəyəm ki, hadisələr bu cür cərəyan edə bilər".

A.Əlizadə əlavə edib ki, indiki dönəmdə Paşinyan daha üstün görünür, rəqiblərini sıradan çıxarır: "Onların arqumentləri əslində elə də güclü deyil. Obrazlı şəkildə desək, əslində onların rəhbərlik etdikləri siyasi birliklər "müharibə partiyaları"dırlar. Paşinyan isə sülhün tərəfdarıdır. Bu gün erməni cəmiyyəti də müharibə istəmir. Ona görə yox ki, onların daxilində, təfəkküründə dəyişiklik var. Ona görə ki, əslində müharibənin necə nəticələnəcəyini bilirlər, övladlarını qırğına vermək istəmirlər. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsidə 12 min fərarisi oldu. Bir günlük antiterror əməliyyatında 10 min fərarisi oldu. Bu gün Ermənistan cəmiyyətində müharibəni ona görə istəmirlər ki, nəticəni əvvəlcədən bilirlər, Azrbaycanın gücünə, qüdrətinə bələddirlər. Bu baxımdan erməni cəmiyyəti həm revanşistlərə dəstək vermir, həm də onların rəhbərlik etdikləri siyasi qüvvələrə  "müharibə partiyası" kimi baxırlar. Paşinyanın bu mənada imkanları daha geniş görünür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri