Icma.az
close
up
RU
Köçəryan və Sarkisyanı NƏ GÖZLƏYİR? Bu dəfə Moskva...

Köçəryan və Sarkisyanı NƏ GÖZLƏYİR? Bu dəfə Moskva...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Avqustun 24-də Ermənistan Baş Prokurorluğu tərəfindən ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri üzrə ictimai cinayət təqibinə başlanılıb. 

Eyni zamanda, daha 9 nəfər, o cümlədən Köçəryanın oğlu Sedrak Köçəryan, keçmiş Baş nazir Andranik Marqaryan və digər şəxslər barəsində də cinayət işi açılıb. Bundan əlavə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Qeyd olunur ki, Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını saxta əsaslarla mənimsəməkdə və bir sıra torpaq sahələri ilə daşınmaz əmlak obyektlərini bazar qiymətindən xeyli aşağı qiymətə əldə etməkdə şübhəli bilinir.

Politoloq İlqar Vəlizadə bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, bu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan öz işini sonadək aparacaq.

Ekspert vurğulayıb ki, istintaqın genişmiqyaslı olması, cinayət işi açılan şəxslərin çoxluğu göstərir ki, Paşinyan revanşist dairələrə qarşı mübarizəni bitirmək niyyətindədir: 

“Paşinyan israrlıdır ki, 4-cü respublika adlandırılan “real Ermənistan” konsepsiyası həyata keçirilsin. Ermənistan hökuməti keçmişin siyasi qalıqlarından tamamilə qurtulmaq istəyir. Əslində Paşinyan üçün yaxşı imkanlar da yaranıb. Burada bir neçə amil üst-üstə düşür. Birinci məqam odur ki, bu insanların hamısı vaxtı ilə Paşinyana qarşı çox sərt davranıblar. Hətta Paşinyan Sarkisyan dövründə həbs olunmuşdu. Digər tərəfdən, bu siyasətçilər indi də fikirlərini gizlətmirlər, açıq bəyan edirlər. Deyirlər ki, hakimiyyətə gəlsələr, Paşinyanı nəinki devirəcək, onu cinayət məsuliyyətinə cəlb edəcəklər. Bu da ciddi siqnaldır”. 

Analitik əlavə edib ki, başqa məqam isə geosiyasi amillə bağlıdır: 

“Paşinyan yaxşı başa düşür ki, sülh gündəliyinə tabe olmazsa, çox acınacaqlı vəziyyətlə üzləşə bilər. Həm siyasi, həm də xarici güc mərkəzlərinin qurbanına çevrilməkdən ehtiyatlanır. Əlbəttə, Rusiyanın reaksiyası da mənfi olacaq. Artıq Rusiya rəsmiləri ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında əlaqələr başlayıb. Çox güman ki, bu məsələlər ətraflı müzakirə olunub. Moskvanın İrəvanla “Köçəryana qarşı addımlar atılmasın” sövdələşməsi artıq keçmişdə qalıb. Paşinyan artıq hesab edir ki, onun “əlləri bağlı deyil”. Rusiyanın əlində rıçaqlar var, ancaq bunları işə salsa, Moskva özü də təhlükə ilə üzələş bilər”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri