Köçəryan və Sərkisyan Paşinyanla bağlı razılığa gələ bilmədi
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“Ermənistan parlamentindəki müxalif “Şərəfim var” və “Ermənistan” fraksiyaları Baş nazir Nikol Paşinyanın impiçment edilməsi ilə bağlı razılığa gələ bilmir”.
Teleqraf xəbər verir ki, bunu parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib.
“Fantastikadır: iki müxalifət fraksiyası hələ də impiçmentlə əlaqədar namizədini müəyyən edə və bu məsələni bölüşə bilmir. Buna görə də, daha aşağısını götürmək qərarına gəliblər və baş prokurora (Anna Vardapetyan) etimadsızlıq göstərməyə çalışırlar”, - deputat vurğulayıb.
Aleksanyan Ermənistan müxalifətinin vəziyyətini “faciəli və acınacaqlı” adlandırıb.
Xatırladaq ki, “Şərəfim var” və “Ermənistan” bloklarının liderləri ölkənin keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 10 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















