Köçəryandan şok açıqlama Putin İrəvana gəlsə, həbs olunacaq
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsindən sonra yaranmış vəziyyəti sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, Armavir vilayətində seçkiqabağı görüş zamanı çıxış edən Köçəryan bildirib ki, Ermənistanın BCM-yə qoşulması nəticəsində Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri hüquqi baxımdan problemli vəziyyətə düşüb.
Onun sözlərinə görə, hazırkı şəraitdə Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gələ bilər, lakin Putin üçün eyni imkan yoxdur. Köçəryan bunu “absurd vəziyyət” adlandırıb və Ermənistan rəhbərliyinin dost ölkənin liderinə münasibətdə belə addım atmasının ağır nəticələr doğura biləcəyini deyib.
Sabiq prezident vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi və iqtisadi rifahı böyük ölçüdə Rusiya ilə münasibətlərdən asılıdır. O hesab edir ki, Roma Statutunun ratifikasiyası ilə yaranmış vəziyyət yenidən nəzərdən keçirilməlidir./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 23 May 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















