Köçəryanın oğlu parlamentdə dava saldı
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
20 avqustda parlamentin iclasında müxalifətdə.olan “Ermənistan” blokunun deputatı, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan ilə hakim “Vətəndaş müqaviləsi” Partiyasından parlament sədrinin müavini Vaahn Aleksanyan arasında mübahisə yaranıb.
"Cebheinfo.az" xəbər verir ki, mübahisəyə səbəb Levon Köçəryanın müxalifətçi “Güclü Ermənistan” blokunun deputatı Hayk Farmanyana müraciət edərək hakim partiyanın deputatlarından birinin onu hüquq-mühafizə orqanlarına “satacağını” deməsi olub.
Farmanyan əvvəllər Ermənistanın Dövlət Gəlirləri Komitəsində işləyib. Parlament çoxluğu olan hakim fraksiya onu rüşvətlə bağlı cinayətlərin gizlədilməsinə cəhd göstərməkdə şübhəli bilirlər.
Ermənistanın ikinci prezidentinin oğlunun işlətdiyi bu ifadə deputat Vaahn Aleksanyanı qəzəbləndirib. Onun fikrincə, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməkdə heç bir qəbahət yoxdur.
O, oöul Köçəryanı kriminal jarqondan istifadə etməkdə və onu yaymaqda ittiham edib. Bunun xüsusilə də parlament deputatı üçün qəbuledilməz olduğunu bildirib. Beləliklə, mübahisə qızışıb, ancaq kənar müdaxilə ilə onu dayandırılması mümkün olub.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















