Icma.az
close
up
RU
Kod adı: E621... Çin duzu nədir? Çin duzunun sağlamlığa zərərləri nələrdir? Dietoloq şərh edir

Kod adı: E621... Çin duzu nədir? Çin duzunun sağlamlığa zərərləri nələrdir? Dietoloq şərh edir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin duzu və ya monosodyum qlutamat bir çox hazır qidalarda istifadə olunan bir dadlandırıcıdır. Bu duz, xüsusilə Asiya mətbəxinin tərkib hissəsidir və yeməklərə dad verir. Ancaq bəzi insanlar bu maddəyə qarşı həssasdırlar. Onu istehlak edərkən baş ağrısı, yorğunluq, gözlərin yanması və digər simptomlarla qarşılaşırlar. Tədqiqatlar göstərir ki, çin duzunu həddindən artıq istehlak etmək, diabet, hipertoniya və digər sağlamlıq problemləri ilə əlaqələndirilə bilər.Çin duzu nədir?

Çin duzu təbii olaraq meydana gələn amin turşusu olan glutamik turşunun törəməsi kimi istehsal olunur. Bu, ağ tozdur. Qidalara əlavə edilən çin duzu yeməyi daha fərqli dadlı edir.

Çin duzunun həddindən artıq istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər.

Asiya mətbəxində çox istifadə edilən Çin duzu ağ toz şəklində satılır və bir çox hazır yeməklərdə, "fastfood" restoranlarında və qablaşdırılmış qidalarda istifadə olunur. Çin duzunu bir çox ev yeməklərində də istifadə etmək olar.

Mütəxəssislərin fikrincə, çin duzu bəzi insanlarda aludəçilik yaradır.

Dietoloq Aynurə Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çin duzu insanlar üçün zərərli ola bilər.

“Çin duzunun ən böyük zərəri yüksək təzyiqə səbəb olmasıdır. Bu da ürək xəstəliyi və digər sağlamlıq problemləri riskini artıra bilər. Çin duzu piylənmə, diabet və insulin müqaviməti kimi metabolik xəstəliklərə də səbəb ola bilər”-deyən Aynurə Əhmədova qeyd edib ki, Çin duzu birbaşa asılılıq yaradan xüsusiyyətlərə malik deyil.

Dietoloq hesab edir ki, balanslaşdırılmış pəhrizə riayət etmək və istehlak edilən duz, natrium və çin duzunun miqdarına diqqət yetirmək vacibdir.

“Çin duzu əslində bir çox hazır yeməklərdə, "fastfood" restoranlarında və qablaşdırılmış qidalarda olur. Bunların arasında hazır şorbalar, çipslər, souslar, marinadlanmış ət, konservləşdirilmiş tərəvəzlər, pizza, hot-doq və s. qidalar var. Çin duzu ərzaq mağazalarının ədviyyat və ya sous bölmələrində satılır. Onu müxtəlif onlayn mağazalardan və ya topdan ədviyyat satan şirkətlərdən də əldə etmək olar”-deyən dietoloq əlavə edib ki, qida etiketlərində Çin duzu kodu olan E621 kodu gördükdə, bu məhsulların tərkibində monosodyum glutamat olduğunu bilmək lazımdır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri