Icma.az
close
up
RU
Kod adı “Мехсати”?

Kod adı “Мехсати”?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsərləri dövlət varidatı elan edilmiş Məhsəti Gəncəvi obrazına qarşı hücum sıradan hadisə deyil. Bu, daha dərindən araşdırma tələb edən vəziyyətdir. 

Məhsəti Gəncəvini onun poetik irsinin, bədii texnikasının incəliklərini, dövrün poeziyasının, fəlsəfəsinin ənənə və xüsusiyyətlərini bilməyənlər, yaratdığı lirik qəhrəmanlarla sənətkarın öz şəxsiyyətini qarışdıranlar və ya eyniləşdirənlər səthi mülahizələrlə “əxlaqsız” kimi təqdim edə bilər, amma elm ədəbi irsi başqa cür öyrənir.

Məhsəti irsi “Şur” muğamının şöbələrinin birinin adı olmuş şəhraşub poetik janrı kontekstində tamam fərqli məna və məramlarla qarşıya çıxır. Bunları sahənin dərin tədqiqatı ilə məşğul olanlar asanlıqla ayırd edə bilir. Ədəbiyyat tariximizin görkəmli imzası olan Rafael Hüseynovun 1989-cu ildə qələmə aldığı “Məhsəti - necə varsa” əsəri bütün iddialara tutarlı cavabı vaxtında verib. Məşhur şərqşünaslar A.Krımski, F.Meyer və başqaları Məhsəti poeziyasını öyrənərkən səthi mülahizələrə yer buraxmır. Əlbəttə, məsələnin bu hissəsi sahə üzrə məşğul olan alimlərin işidir. 

“Məhsəti” filmində Məhsəti Gəncəvi obrazının səhv təqdimatına gənc rejissorun qeyri-peşəkarlığı, adi məlumatsızlığı, tərbiyə baxımından öz prototipini yaratmaq cəhdləri kimi də yanaşmaq olardı. Amma keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suada Qarayevanın bu işi daha çox “ev tapşırığı”na bənzəyir. Zəngin, çoxəsrlik mədəniyyəti olan Azərbaycan xalqının mənəvi heysiyyatına toxunmaq, onun yetişdirdiyi görkəmli şəxsiyyətləri şövqlə qaralamaq, gözdən salmaq, təhrif etmək oyunları ona görə adi görünmür ki, bu, Sovet ənənəsi, bolşevik təfəkkürüdür.  

Bu gün “Ramiz Mehdiyev işi” və ya “Rusiya şəbəkəsi” üzrə ictimailəşən detallar istər-istəməz düşündürür: niyə müstəqilliyin bərpasından ötən bu qədər uzun dövr ərzində böyük kadr bazası – güclü mədəniyyət və incəsənət xadimləri ola-ola Mədəniyyət Nazirliyi bu sahədə daha çox dağıdıcı fəaliyyət göstərdi, pərakəndəlik yaratdı, intriqaları şiddətləndirdi?! Bu sahə elə vəziyyətə gətirildi ki, indiyədək onu toparlamaq mümkün olmur. 

Görünür, Azərbaycan dövlətinin daxili təmizləmə prosesi mədəniyyət sahəsindəki milli xəyanətkarların da maskasını salacaq. Vətən müharibəsi ərəfəsində qəfil kənarlaşdırılan Əbülfəs Qarayevin kod adı “Мехсати” (“Məhsəti”) çıxsa, daha təəccüblənmərəm.

“Əbədi Turan Kitab Fondu” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru Esmira Fuad 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri