Icma.az
close
up
RU
“Köhlən atlar” əsas mərhələyə doğru “çapır”

“Köhlən atlar” əsas mərhələyə doğru “çapır”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Nəhayət! İllərdi həsrətini çəkdiyimiz an gəlib çatdı!

Heç şübhəsiz, qəlbimiz sürətlə döyünür, ümidlər “Qarabağ”a bağlanıb, gözlər Bakının mərkəzində yerləşən Tofiq Bəhramov adına Respublika stadionuna dikilib. Hamı bir nəfər kimi ağdamlıların “Ferentsvaroş”la görüşünün necə nəticələnəcəyini gözləyir. Və hədəf birdi: Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq! Tarixi matça stadiondan şahidlik edə bilməyənlər isə “CBC Sport”un efirinə baxsın.
Çempionlar Liqası, pley-off, cavab oyunu
27 avqust
Qarabağ – Ferentsvaroş ( Macarıstan) 0:0
Hakimlər: KLEMAN TÜRPEN, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (hamısı Fransa).
VAR hakimi: Jerom Brisar (Fransa).
VAR hakiminin köməkçisi: Nikolya Renvil (Fransa).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.45.
İlk oyun – 3:1.
Əvvəlcə “Ferenstvaroş” haqda… Budapeşt təmsilçisi bu gün axşam saatlarında Bakıya təşrif buyuracaq. Məlum olduğu kimi, qonaqların heyətindən Julio Romao zədəlidi. Düzdü, son günlərdə bu siyahıya Bense Ötvös də qoşulmuşdu. Lakin dünən Macarıstan mətbuatında yayılan xəbərə görə, təcrübəli futbolçunun bərpa prosesi gözləniləndən daha sürətli gedib. Hətta o, komandanın oyunöncəsi son məşqində də iştirak edib. Macar həmkarlarımız Bensenin böyük həvəslə məşq etdiyini, oyunda forma geymək üçün çalışdığını bildirir. Pley-offun ilk oyununda onun ayaq biləyi burxulmuş və stadionu qoltuq ağacıyla tərk etmişdi. Hər halda, “yaşıl qartallar” gəlir. Özü də 20 azarkeşlə birgə. Azarkeş demişkən, “köhlən atlar”ın matç üçün satışa çıxardığı biletlərin qısa müddətdə tükənməsi macarların gözünü əməlli-başlı qorxudub. “Promotions.hu” saytı “Ferentsvaroş”u Bakıda cəhənnəm ab-havası gözlədiyini yazıbsa, “Magyar Nemzet” nəşri azərbaycanlı futbolsevərlərdən birinin “Bizi bir daha erməni komandası ilə qarışdırma! “Qarabağ” erməni klubu deyil, Azərbaycanın çempionudu!” şərhinə yer verib. Bildirilib ki, 30 mindən çox azərbaycanlı stadiona bayraqlarla gəlib “Ferentsvaroş”a dərs keçməyə çalışacaqlar. Bəli-bəli, məhz rəqibin məlum “texniki səhv”inə görə!
“Qarabağ”la bağlı hansısa problemdən isə bəhs etməyə dəyməz. Komandamızda cəzalı yoxdu. Yalnız Nəriman Axundzadə ilə bağlı cüzi narahatlıq var idi ki, onun da durumuna aydınlıq gəldi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Avqust 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri