Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

“Köhlən atlar”ın Neapol səfəri

“Köhlən atlar”ın Neapol səfəri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stadio Maradona arenasından gözləntimiz

Kifayət qədər uzun çəkən 3 həftəlik ayrılıqdan sonra UEFA Çempionlar Liqasının əsas mərhələsi yenidən stadionlara və evlərimizə qayıdır. Avropanın ən güclü 36 klubu Liqa yolunda çıxışlarını davam etdirməyə hazırdır. Kimi məsafənin birinci yarısında özü üçün yaratdığı yaxşı xal ehtiyatı və daha işıqlı gələcəyə böyük ümidlərlə, kimi də nəyin bahasına olursa-olsun, finişə ən yaxşı 24 komanda sırasında çatmaq əzmi ilə.

Azərbaycanın sevimlisi “Qarabağ” birincilər sırasında olmaqla ölkəyə gözəl günlər yaşadır. Komanda ilk 4 görüşdə 50 faizli nəticədən də yüksək göstəriciyə nail olub, 7 xalla ümumi turnir cədvəlində 15-ci mövqedədir. Göz dəyməsin, yaxşı zəmin yaradılıb. İndi həlledici əhəmiyyət kəsb edəcək qalan turların da sınağından şərəflə çıxıb, əldə olunmuş uğuru bir qədər də artıraraq, onu finişdə “24-lüyün” tələb edəcəyi həddə çatdırmaq gərəkdir.

Ölkə çempionumuz çətin yolun ikinci yarısına bir vaxtlar İtaliyanın Neapol şəhərinin “Napoli” klubunun da şərəfini qorumuş, onunla birlikdə iki dəfə ölkə çempionu olmuş dünya futbolunun argentinalı əfsanəsinin adını daşıyan və tribunaları 55 minə qədər tamaşaçı tutan “Stadio Dieqo Armando Maradona” arenasında başlayır. Ağdam komandasının Liqa turnirində sayca beşinci rəqibi bu stadionun sahibi “Napoli” klubudur.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan fərqli olaraq, onun “Napoli”dəki həmkarı Antonio Konte, yəqin ki, komandasının bugünkü oyunadək göstərdiyi nəticədən razı deyil. Hərçənd onun başçılıq etdiyi klub hazırda turnir cədvəlində 4 xalla xilasedici 24-cü pillədədir. Finişdə pley-off görüşlərinə sonuncu vəsiqə məhz həmin yerin sahibinə veriləcək. Cədvəldən də göründüyü kimi, 22-ci və 23-cü yerlərdə qərar tutmuş Belçikanın “Brügge” və Almaniyanın “Ayntraxt” komandaları da neapollular kimi 4 xal toplayıblar.

Azarkeşləri komandamızın uğurlarına öz qələbələri kimi ürəkdən sevinib, onun inanılmaz, fantastik qalibiyyətindən əsl zövq alan “Qalatasaray”ın da çıxışları, həmişəki kimi, ölkəmizdə diqqət mərkəzindədir. İstanbul klubu turnir cədvəlində Azərbaycandakı pərəstişkarlarına xoş anlar yaşadan mövqedə inamla irəliləyir: 4 görüşdən sonra 9 xalla 9-cu yer. Yəni qardaş komanda səkkizdəbir finala birbaşa vəsiqə qazandıran 8-ci pillənin bir addımlığındadır. Ümid edək ki, bundan sonra da onun üçün hər şey yaxşı olacaq.

Respublikamızın futbol ictimaiyyəti Neapol matçından sonra çempionlar yolunun mülayim noyabr məsafəsi ilə də vidalaşıb, soyuq qış sınaqlarını daha böyük həyəcanla gözləməyə başlayacaq. Azarkeşlər Bakı vaxtı ilə gecəyarısı başa çatacaq bugünkü oyunun necə nəticələnəcəyindən asılı olmayaraq, elə indidən dekabrın 10-da paytaxtımızda keçiriləcək “Ayaks”la görüşə bilet haqqında düşünürlər. Növbəti mərhələyə aparan yolda Amsterdam klubu ilə oyun təqvimin hökmü ilə Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım gününə təsadüf edəcək. Həyatla 1997-ci il dekabrın 10-da vidalaşmış Anatoli Andreyeviç artıq 28 ildir ki, əbədiyyətə qovuşub. Niderland futbolçuları ilə görüş də onun bir-birindən gözəl qollar vurub, ürəkdən alqışlandığı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Ruhu şad olsun!

ABŞ, Kanada və Meksikada 23-cü Dünya çempionatı ilə əlamətdar olacaq 2026-cı ilin start ayında – müvafiq surətdə yanvarın 21-də və 28-də Ağdam komandası Bakıda “Ayntraxt”ı (Frankfurt, Almaniya) qəbul edəcək və Liverpulda (İngiltərə) eyniadlı klubun qonağı olacaq. Bunu xatırlamaqla onu demək istəyirəm ki, mundial ili həm də Avropada “Qarabağ”ın da iştirakçısı olduğu Çempionlar Liqasının əsas mərhələsinin görüşləri ilə yadda qalacaq.

Şübhə etmirik, bunun naminə “Qarabağ” yolun ikinci yarısında da adət etdiyi şəkildə – Leandro Andradenin çox sevdiyi 1-ci dəqiqədən hakimin final işarəsinədək yorulmadan, inamla, ilhamla mübarizə aparmağa var gücü ilə, böyük həvəslə hazırlaşıb.

Futbolda hər hansı yarışda–istər daxili turnirlərdə, istərsə də beynəlxalq meydanda hamı həmişə öz komandasının oyununa hakim təyinatını maraqla gözləyir. İki gün əvvəl UEFA elan etdi: “Napoli”–“Qarabağ” görüşünü başda Şimon Marçinyak olmaqla polşalı hakimlər briqadası idarə edəcək.

Oyun üçün bizim azarkeşlərə 2480 bilet ayrıldığını da diqqətə çatdırıb, qeydlərimizi onlara 90 dəqiqəlik ağır mübarizədən sonra tribunaları xoş əhvalla tərk etmək arzusu ilə yekunlaşdıraq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri