Icma.az
close
up
RU
Köhnə avtomobillər yollara “əlvida” deyir

Köhnə avtomobillər yollara “əlvida” deyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 3 ayda 223 maşın utilizatora verilib

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir. Ötən ilin oktyabr ayından indiyə qədər 223 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib. Bu rəqəm isə gündən-günə artmaqdadır. Bu barədə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən  məlumat verilib.

Bildirilib ki, “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən proqramda iştirak edən şəxslərə onların təhvil verdikləri nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq təsdiqedici sənədlər üzrə 140 min manatdan çox birdəfəlik ödəniş verilib. Eyni zamanda, yerli istehsal yeni nəqliyyat vasitələrinin satışı üzrə 25 min manat güzəşt tətbiq edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra çıxdaş arayışı əsasında zəruri məlumatlar vətəndaşların rahatlığını təmin etmək məqsədilə yaradılan www.nvu.gov.az portalına daxil edilməli və nəqliyyat vasitəsi ərizəçi tərəfindən seçilmiş utilizatorun qəbul məntəqəsinə təyin edilmiş vaxtda təhvil verilməlidir.

“Təmiz Şəhər” ASC-dən bildirilib ki, hazırda reyestrdə qeydə alınmış yalnız bir utilizator – “Fors” MMC nəqliyyat vasitələrinin utilizasiyaya qəbulunu Bakı şəhərində həyata keçirir. Bununla yanaşı, hazırda reyestrdə qeydiyyatdan keçmək istəyən ərizəçilərin müraciətləri dənəzərdən keçirilir. Gələcəkdə isə regionlarda utilizatorların qeydiyyatı və qəbul məntəqələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri