Icma.az
close
up
RU
“KÖHNƏ DÜNYA NİZAMI ÇÖKÜB” “Ukrayna müharibəsi o vaxta qədər davam edəcək ki...”

“KÖHNƏ DÜNYA NİZAMI ÇÖKÜB” “Ukrayna müharibəsi o vaxta qədər davam edəcək ki...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də yaşayan tanınmış politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus Türk Dövlətləri Təşkilatının(TDT) yeni dünya düzənində yer almasının vacibliyini qeyd edib.

“AzPolitika” xəbər verir ki, öz sosial şəbəkə səhifəsində paylaşım edən Yunusun fikrincə, Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüz köhnə dünya düzəninin tamamilə dağılmasına səbəb olan əsas təkan olub.

O qeyd edib ki, bu müharibə ilə BMT başda olmaqla, bütün mövcud beynəlxalq institutlar fəaliyyət qabiliyyətini itiriblər və artıq “hüququn gücü yerini gücün hüququna” verib.

Onun fikrincə, hazırda yeni güc mərkəzlərinin axtarışı gedir və bu axtarışın son çalarları tam müəyyənləşməyincə, Rusiya–Ukrayna müharibəsi davam edəcək: "Dünya çoxqütblülüyə doğru gedir və hələlik iki əsas mərkəz – ABŞ və Çin aydın görünürsə də, artıq yeni güc mərkəzləri də öz söz hüququnu tələb edir. Onlar mövcud status-kvo ilə, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə verilmiş veto hüququ ilə razı deyillər. Belə yeni mərkəzlərdən biri də sürətlə nüfuz qazanan Türk Dövlətləri Təşkilatıdır (TDT). Bu təşkilat bir neçə gün öncə Azərbaycanda keçirilən 12-ci Zirvə Görüşündə türkdilli ölkələrin siyasi və iqtisadi baxımdan vahid bir məkanda birləşməsi istiqamətində növbəti addımı atdı. Sammit inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, təhlükəsizlik məsələlərini də əhatə edən mühüm qərarların qəbuluna təkan verdi”.

R.Yunus qeyd edir ki, TDT Avropa İttifaqı və NATO-nun yaşadığı acı təcrübəni yaşamamaq üçün onların səhvlərini təkrarlamamalıdır. Çünki Rusiyanın Ukraynaya təcavüzü qarşısında tam hazırlıqsız yaxalandıqları üçün Qərb fiaskoya uğrayıb. Buna görə də TDT-nin yeni dünya düzənində mümkün çağırış və risklərə sistemli, operativ şəkildə hazır olması vacibdir. Onun fikrincə bu, təşkilatın çevik reaksiya verməsi və Avropa İttifaqı ilə NATO-nun müasir tarixdə buraxdığı səhvləri təkrarlamaması üçün əsas şərtdir: Amerikalı filosof və yazıçı Corc Santayananın dediyi kimi: “Tarixin dərslərini unudanlar onları təkrarlamağa məhkumdurlar”.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri