Icma.az
close
up
RU
Köhnə dünyanın fiaskosu: Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb

Köhnə dünyanın fiaskosu: Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibədə diqqətçəkən məqamlardan biri də ölkə başçısının bugünkü dünya reallıqlarına toxunmasıdır. Dövlət başçısı bildirib ki, hadisələrin inkişafı dünyanın əsaslı şəkildə dəyişdiyini sübut edir və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər:

"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz".

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Qərbin aparıcı coğrafiyası olan Avropanın təhlükəsizliyi üçün yeni hədələr formalaşmağa başlamışdı. Xüsusilə postsovet ölkələrində, ələlxüsus da 2008-ci və 2014-cü illərdə Ukraynada gedən proseslərə yetərincə diqqət ayrılmaması beynəlxalq hüququn çox zaman işlək olmaması faktını ortaya qoydu. Ukraynadan əvvəl isə bunun ən böyük nümunəsi Azərbaycanla bağlı oldu. 30 il torpaqlarımız işğal altında oldu, amma heç vaxt beynəlxalq ictimaiyyətdən lehimizə müsbət reaksiya verilmədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxması ilə bağlı qətnamələri isə sadəcə, sənəd üzərində qaldı və nəhayət Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad etdi. Bu proseslər bütün dünyada gücün daha vacib və legitim olması reallığını bir daha sübut etdi. Bu proseslər Cənubi Qafqazla yanaşı, digər postsovet ölkələrində, eləcə də Yaxın Şərqdə, həmçinin Mərkəzi Asiyada eyni tərzdə irəliləyir. Həmin regionlarda gedən proseslərə beynəlxalq hüquqla rəy verilmir deyə məcburən gücə üstünlük verilir. Bu proseslər də ənənəvi-köhnə dünyanın sıradan çıxması, yeni dünyanın formalaşmasına doğru irəliləyir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin hər zaman xarici televiziyalara və yaxud da digər media vasitələrinə verdiyi müsahibələr regionda və dünyada böyük əks-sədə doğurur:

"Prezidentin müsahibəsində xüsusi vurğulanan məqamlardan biri - hazırkı beynəlxalq təhlükəsizlik sisteminin vəziyyəti ilə bağlı verdiyi açıqlamalardır. Bu açıqlamalar təxminən 80-90 illik böyük bir dövrü qiymətləndirməyə, makrozaman çərçivəsindəki prosesləri incələməyə imkan verir. Söhbət ilk növbədə ondan gedir ki, İkinci Dünya müharibəsindən sonra həqiqətən də BMT-nin yaranması və ondan sonrakı ikiqütblü dünya sistemi 1990-cı illərə qədər fərqli bir durum yaratdı və güc nisbətləri arasındakı soyuq müharibə dövrü olaraq xarakterizə edildi. SSRİ adlı nəhəng imperiya formalaşmışdı və o, müharibənin qalibi idi.

Beynəlxalq təhlükəsizlik sistemi də özünü formalaşdırmaqla bağlı haqlı olduğunu sübuta yetirmək istəyirdi. Ona görə də BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü meydana çıxdı və onlar qlobal arxitekturanı müəyyənləşdirdiklərini söylədilər. Digər qütbdə isə Qərb sistemlərinə rəhbərlik edən və sonrakı dövrdə NATO-nu quran Amerika Birləşmiş Ştatları idi. NATO və Varşava Paktı kimi bu sistemlər arasında da hərbi-siyasi qarşıdurmalar 1980-90-cı illərə qədər davam etdi. Ancaq ABŞ və onun müttəfiqləri bu triumfdan "NATO-nun dağılması hədəfi artıq yoxdursa, savaşacağımız qüvvə də mövcud deyilsə, biz də bu silahlanmaları durduraq" kimi bir siyasətə keçmədilər, tam əksinə, sıralarını genişləndirmək mövqeyi tutdular. Bu baxımdan, 2007-ci il Münhen sammitində Vladimir Putin dilə gəldi ki, dünyanın SSRİ-dən sonrakı bölgüsü onları qane etmir və yeni bölgü lazımdır. Bu da Ukraynanın savaş meydanına çevrilməsi ilə nəticələndi".

"Faktiki olaraq, bu, iki dövlət arasındakı müharibə deyil, qlobal qarşıdurmadır və ona görə də ölkə rəhbəri bildirdi ki, NATO əməliyyatlar və coğrafiya baxımından savaşın tərəflərindən birinə çevrilsə, bu, apokaliptik hadisələr kimi yadda qalacaq və qalib olmayacaq. Yəni həqiqətən, beynəlxalq təhlükəsizlik sistemi çöküb. Söhbət ondan gedir ki, indi NATO-nun bütün təlimləri uzun illər neytrallığını qoruyub-saxlayan Finlandiyadan, İsveçdən tutmuş Baltikyanı ölkələrə qədər üç-dörd qat artmaqdadır.

Beynəlxalq hərbi imkanları və büdcələri qiymətləndirilən təşkilatların qiymətləndirmələrinə görə, son iki ildə dünya çapında müdafiə xərcləri 300 milyard dollara yaxın artıb və indi qida sənayesini üstələyən hərbi texnoloji silahlanma xərcləri var. Belə demək mümkünsə, güllələrin istehsalı çörək istehsalını qabaqlayıb. Belə olan şəraitdə Prezident tərəfindən Qarabağ Zəfərimiz, torpaq bütövlüyümüz və suverenliyimizin bərpasına nail olmaq fonunda, tarixdə ilk dəfə yeni arxitektura qurulacaq. Prezident İlham Əliyev məhz buna işarə edir ki, Azərbaycan, tarixində ilk dəfə olaraq, müasir dünyanın yenidən bölüşdürülməsi prosesində aktiv iştirak edir, tamhüquqlu üzvdür və taleyimiz başqa masalarda həll edilmir. Ona görə də Ermənistanla bağlı məsələlərə də yer verilərkən ancaq əsas məqamlar kimi ölkə rəhbəri məhz bu beynəlxalq çağırışları qiymətləndirir", - deyə deputat diqqətə çatdırıb.

Müsahibimizin sözlərinə görə, ötən illər ərzində şahid olmuşuq ki, Bakı, həqiqətən, NATO ilə Rusiya, ABŞ ilə Rusiya arasındakı danışıqlar meydanına çevrilib.

"Paytaxtımız sülh və beynəlxalq diplomatiya üçün mərkəzə çevrilib. Belə olan halda, bu diplomatik paytaxtın Ukrayna savaşında bir daha əsas vasitəçi olması və Prezidentin elə qlobal iqlim zirvəsi COP29-da bəyan etdiyi atəşkəs çağırışları üçün yararlı ola bilər. Bundan sonrakı dövrdə, həqiqətən, yeni dünya quruculuğunun şahidi olacağıq. Azərbaycan öz taleyinin sahibidir, müstəqil bir dövlət kimi qərarlar verir. Biz kiminsə forpostu deyilik, nə Qərbdən Asiya qitəsi əleyhinə, nə İran və yaxud Rusiyanın ziddinə savaşın meydanına çevrilmək istəyirik. Yaxud da Şimal və Cənub qonşularımızla birləşib, üçüncü dövlətlərə qarşı savaşmırıq. Bu, özlüyündə çox çətin olan, amma Prezident İlham Əliyevin strateji gücü ilə reallaşan bir siyasətdir. Düşünürəm ki, bu, millətimizin təhlükəsizliyini qoruyan hadisədir və tariximizdəki ən böyük qələbəni böyük qayıdışa çevirməklə beynəlxalq siyasətdə fəal iştirak etməliyik. Biz coğrafi olaraq böyümüşük, indi siyasi böyümə mərhələsidir və beynəlxalq təhlükəsizlik sistemində aparıcı mövqe tutmaq üçün mütləq bundan sonrakı hədəfdə fəal diplomatiyamız tələb olunur. Ona görə də ölkə rəhbərinin açıqlaması cəmiyyətimizi də, siyasi institutları da bu tendensiyaların dinamikası ilə tanış etməkdir", - millət vəkili fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri