Köhnə telefonlar niyə öz özünə tətbiqlərə girir? Səbəbi bu ola bilər
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Telefon istifadə müddəti artdıqca bəzi cihazlarda ekranın öz-özünə toxunmaları qeydə alması və müxtəlif tətbiqlərin açılması kimi problemlər ortaya çıxa bilər.
Mütəxəssislərə görə, bunun əsas səbəblərindən biri ekranın sensor hissəsinin köhnəlməsi və ya zədələnməsidir. Bu zaman telefon istifadəçinin toxunuşu olmadan ekranda müxtəlif əməliyyatlar həyata keçirə bilər. Xüsusilə "ghost touch” adlandırılan problem cihazın müxtəlif hissələrinə öz-özünə toxunulmuş kimi reaksiya verməsinə səbəb olur.
Bundan başqa, ekranın nəmlənməsi, fiziki zədələnməsi, keyfiyyətsiz şarj cihazından istifadə və proqram təminatındakı nasazlıqlar da bu problemin yaranmasına səbəb ola bilər.
Telefonun batareyasının köhnəlməsi də diqqət tələb edən məqamlardandır. Batareya şişərsə, ekrana təzyiq göstərə və sensorun düzgün işləməsinə mane ola bilər.
Belə problem tez-tez təkrarlanırsa, telefonu yenidən başlatmaq, başqa şarj cihazı ilə yoxlamaq və problem davam edərsə, cihazı servisə göstərmək tövsiyə olunur.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 19 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















