kölgə iqtisadiyyatını azaltmaq bu modelin əsas üstünlüklərindəndir Ekspert
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda "Üfüqi monitorinq"in tətbiqinə start verilib. “Üfüqi monitorinq” anlayışını Azərbaycan vergi sisteminə yeni yanaşmadır”.
İqtisadçı ekspert Akif Nəsirli bu barədə 525.az-a bildirib. Onin sözlərinə görə, “Üfüqi monitorin” klassik vergi yoxlamalarından fərqli olaraq, vergi orqanı ilə vergi ödəyicisi arasında qabaqlayıcı və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelidir. Burada əsas məqsəd sonradan cərimə və sanksiyalar tətbiq etmək deyil, riskləri əvvəlcədən görmək və problemləri vaxtında aradan qaldırmaqdır. Üfüqi monitorinq zamanı vergi ödəyicisi öz maliyyə və vergi məlumatlarını daha açıq və şəffaf şəkildə vergi orqanı ilə paylaşır. Vergi orqanı isə bu məlumatları təhlil edir, riskləri qiymətləndirir və mümkün uyğunsuzluqlar barədə vergi ödəyicisini əvvəlcədən məlumatlandırır. Bununla da tərəflər arasında daimi dialoq formalaşır və mübahisəli məsələlər böyümədən həll edilir:
“Vergi orqanları üçün isə üfüqi monitorinq resursların daha səmərəli istifadəsinə imkan yaradır. Riskli sahələrə fokuslanmaq, könüllü vergi intizamını gücləndirmək və kölgə iqtisadiyyatını azaltmaq bu modelin əsas üstünlüklərindəndir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















