Icma.az
close
up
RU
Kölgə iqtisadiyyatının zərərləri BUNLARDIR EKSPERT FİKRİ

Kölgə iqtisadiyyatının zərərləri BUNLARDIR EKSPERT FİKRİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kölgə iqtisadiyyatı — uçota daxil edilməyən və ya uçotdan gizlədilən iqtisadiyyatdır. Burada üç əsas növ fəaliyyət mövcuddur: uçota daxil edilməyən, uçotdan gizlədilən və idarəedici orqanlara vergi verilməyən qeyri-leqal iqtisadiyyatlar. Bu üç kateqoriya birlikdə kölgə iqtisadiyyatını təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, birinci növ — uçota daxil edilməyən fəaliyyətlərdir. Məsələn, şəxsi həyətdə pomidor, xiyar yetişdirmək və ya toyuq saxlamaq kimi fəaliyyətlər rəsmi uçota daxil edilmədiyindən uçota daxil edilməyən iqtisadiyyat sayılır. Bu fəaliyyətlər iqtisadiyyatın bir hissəsi olmaqla, insanların ehtiyaclarını ödəməyə xidmət edir.

İkinci növ — uçotdan gizlədilən iqtisadiyyatdır. Burada fəaliyyət qanuni ola bilər, lakin gəlirlər uçotdan gizlədilir. Belə iqtisadiyyat cəmiyyət üçün o qədər də narahatlıq yaratmır və ona qarşı ciddi mübarizə aparılmır.

Üçüncü növ isə idarəedici orqanlara vergi verilməyən, yəni qeyri-qanuni (kriminal) iqtisadiyyatlardır. Bu növ həm uçotdan gizlədilir, həm də qanunsuz fəaliyyətləri əhatə etdiyi üçün cəmiyyət üçün təhlükəlidir.

Nəticədə, uçota daxil edilməyən, uçotdan gizlədilən və idarəedici orqanlara vergi verilməyən iqtisadiyyatlar birləşərək kölgə iqtisadiyyatını formalaşdırır. Məsələn, qanunsuz fəaliyyətlərlə məşğul olub gəlirini uçotdan gizlədən şəxslər bu kateqoriyaya daxildir".

Ekspert qeyd edib ki, Kölgə iqtisadiyyatının cəmiyyətə və dövlətə vurduğu zərər onun növündən asılıdır: "Birinci növ — şəxsi təsərrüfat fəaliyyətləri, yəni uçota daxil edilməyən kiçik ölçülü təsərrüfat sahələri — iqtisadiyyata ziyan vermir. Bu növ fəaliyyətlər dövlət tərəfindən nəzarət altına alınmaq istənilmir, çünki onların cəmiyyətə mənfi təsiri yoxdur və bu sahə iqtisadi dövriyyənin təbii hissəsi sayılır.

İkinci növ — uçortdan gizlədilən, lakin qanuni fəaliyyət göstərən iqtisadiyyat — cəmiyyətə müəyyən zərər verir. Belə ki, vergi uçortundan gizlədilən sahibkarların xərcləri, tam uçota daxil olan şirkətlərlə müqayisədə aşağı olur. Bu, bazarda rəqabətin pozulmasına gətirib çıxarır və ədalətsiz üstünlük yaradır. Eyni zamanda, belə fəaliyyət nəticəsində dövlət büdcəsinə daxil olan vergi gəlirləri azalır, bu da dövlətin maliyyə balansına mənfi təsir göstərir.

Üçüncü növ — idarəedici orqanlara vergi verməyən, qeyri-qanuni (kriminal) iqtisadiyyat — həm dövlətin iqtisadi maraqlarına, həm də cəmiyyətin təhlükəsizliyinə ciddi zərər verir. Bu fəaliyyətlər dövlət tərəfindən təhlükəli hesab olunur və ictimai maraqlar baxımından çoxsaylı problemlər yaradır. Burada yalnız maliyyə itkiləri deyil, həm də sosial və hüquqi fəsadlar meydana çıxır.

Nəticə olaraq, kölgə iqtisadiyyatının müxtəlif növləri cəmiyyətə və dövlətə fərqli səviyyədə zərər verir və onların qarşısının alınması üçün fərqli idarəetmə yanaşmaları tələb olunur"- deyə iqtisadçı əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri