Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq tədqiqatçılar ölü dəri hüceyrələrinin yenilənməsi, orqanların qorunması və qanın laxtalanmasında əsas rol oynayan kollagen zülalının gündəlik qəbulunun dəri sağlamlığına təsirini araşdırıblar.
Milli.Az xəbər verir ki, 113 hadisənin təhlil edildiyi araşdırma 7 min 983 iştirakçının iştirakı ilə aparılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, kollagenin müntəzəm qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır, dayaq-hərəkət sistemi və oynaq kireclənməsi ilə bağlı vəziyyətlərdə müsbət təsir göstərir. Həmçinin bu zülalın oynaqlarda revmatizmin yaratdığı ağrı və sərtliyi azaltdığı bildirilib.
Digər tərəfdən, tədqiqatçılar kollagen qəbulunun ağız sağlamlığı və kardiyometabolik baxımdan "qarışıq nəticələr" verdiyini qeyd ediblər.
Orqanizmdə təbii şəkildə istehsal olunan və yaş artdıqca miqdarı azalan kollagen dəri, dırnaq, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaları dəstəkləyir və gücləndirir.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:334
Bu xəbər 01 Mart 2026 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















