Kollecdə şəhidin xatirə lövhəsinin açılışı oldu FOTO
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Bakı Biznes və Kooperasiya Kollecində şəhid İsmiyev Zeynal Mustafa oğlunun xatirə lövhəsinin açılışı olub.
Modern.az xəbər verir ki, öncə kollecin direktoru Elnur Allahverdiyev və şəhidin ailə üzvləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra şəhidin atası Mustafa İsmiyevin və Vüsalə İsmiyevanın iştirakı ilə Zeynal İsmiyevin xatirə lövhəsinin açılışı olub. Şəhidin ailəsi ilə keçirilən görüşdə vurğulanıb ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Antiterror əməliyyatının ən gənc şəhidi - İsmiyev Zeynal Mustafa oğlu 2005-ci il iyulun 2-də Lənkəran şəhərində dünyaya göz açıb. Orta məktəbi Hövsan qəsəbəsi 280 saylı məktəbdə 5-ci sinifə qədər oxuyub, sonra Köhnə Günəşli qəsəbəsində 263 saylı məktəbdə təhsilini davam etdirərək başa vurub. 2022-ci ilin oktyabr ayında "Bakı Biznes və Kooperasiya Kolleci"nin Turizm işinin təşkili ixtisasında 8 ay təhsil alıb və 2023-ci ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Həmin ayın 12-də isə hərbi xidmətə yola düşüb. Hərbi xidmətini ilk öncə Gəncədə, sonra isə Xocavənddə olub. Şəhidlik zirvəsinə də 2023-cü ilin sentyabr ayının 19-u ucalıb. Şəhidimizin atası İsmiyev Mustafa, anası İsmiyeva Vüsalə, bacısı İsmiyeva Səbrin bu xəbəri həmin ayın 20-si öyrənib. Şəhidimiz Suraxanı rayonu Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















