Icma.az
close
up
RU
Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub

Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 27 iyun, AZƏRTAC

İyunun 27-də Ukraynanın Xarkov şəhərində görkəmli heykəltaraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub.

AZƏRTAC xəbər verir ki, xatirə lövhəsi ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltaraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub. 2021-ci ildə həyatı faciəvi şəkildə yarımçıq kəsilən Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov tərəfindən irəli sürülüb. 2023-cü ilin noyabrında Xarkov Şəhər Şurası xatirə lövhəsinin qoyulması qərarını verib.

Tədbirdə sənətçinin yaxınları, həmkarları, tələbələri iştirak ediblər.

Tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamı Viktor Kovtun, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın Xalq rəssamı Katib Məmmədov iştirak ediblər.

Mer İqor Terexov çıxışında Seyfəddin Qurbanova şəxsi ehtiramını ifadə edib və onun şəhərin mədəni həyatına mühüm töhfə verdiyini vurğulayıb.

O qeyd edib: “Bu gün görkəmli Xarkov sakininin, çox qiymətləndirdiyim və hörmət etdiyim bir insanın xatirə lövhəsini açırıq. Seyfəddinlə çox şeylər yaşadıq. Şəhərimizi bəzəyən çoxsaylı əsər onun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. Bəli, o, Azərbaycanda doğulub, amma əsl xarkovlu idi. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu tələbələri var - artıq böyük, müstəqil heykəltaraşlar. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib.

Əfqan Salmanov qeyd edib ki, Seyfəddin Qurbanovun yaradıcılığı mədəniyyətləri və xalqları birləşdirən sənətdir. Onun heykəlləri gənc istedadlar, Xarkov sakinləri və şəhərin qonaqları üçün ilham mənbəyidir.

Qeyd edək ki, heykəltaraş Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın deyil, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltaraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri