Kolumbiyada xüsusi əməliyyat: 57 hərbçi üsyançıların girovluğundan xilas edildi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kolumbiya ordusu və polisi üsyançılar tərəfindən girov götürülmüş 57 hərbçini azad etmək məqsədilə xüsusi əməliyyat keçirib. Onların hamısı uğurla xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiya ordusunun 3-cü Diviziyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Əməliyyat ölkənin cənub-qərbində yerləşən Kaukadakı El-Tambo bələdiyyəsinin kənd zonasında baş tutub.
Kolumbiyada xüsusi əməliyyat: 57 hərbçi üsyançıların girovluğundan xilas edildi
Girov götürmədə iştirak edən "Karlos Patino" adlı üsyançı qruplaşmanın üzvləri saxlanılıblar. Hazırda bölgədə, xüsusən Mikay kanyonunda üsyançılara qarşı əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, iyunun 23-də Kolumbiya üsyançılarının milli silahlı qüvvələrin dörd zabitini və 53 əsgərini ələ keçirmişdi.



