İtalyan mafiyası başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 iyul, AZƏRTAC
Kolumbiyanın paytaxtı Boqotada beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında fəaliyyət göstərən məşhur İtalyan mafiyası "Ndrangheta"nın lideri Cüzeppe Palermon (Pepo) həbs edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.
Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.
Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkar da həbs edilib. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizənin daha bir uğurlu addımıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 İyul 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















