Icma.az
close
up
RU
Kolumbiyanın aparıcı universitetində Azərbaycanla bağlı təqdimat olub

Kolumbiyanın aparıcı universitetində Azərbaycanla bağlı təqdimat olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 may, AZƏRTAC

Kolumbiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Xaveriana Universitetində ölkəmizlə bağlı geniş təqdimat keçirilib. “Diplomatlarla dialoq” təşəbbüsü çərçivəsində baş tutan tədbirdə Xaveriana Universitetinin müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı Şərqdə ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində oynadığı əhəmiyyətli rola nəzər salınıb, qısa zaman kəsiyində əldə olunan mütərəqqi nailiyyətlər və islahatlar barədə məlumat verilib. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çox ciddi siyasi-iqtisadi təhdidlərlə üzləşməsinə baxmayaraq, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində sürətli inkişaf yoluna qədəm qoyduğu, beynəlxalq arenada güclü və nüfuzlu dövlət kimi tanındığı diqqətə çatdırılıb. Dünyada cərəyan edən geosiyasi proseslər kontekstində Azərbaycanın beynəlxalq enerji sistemində artan əhəmiyyətli roluna, iqtisadi, tranzit-logistik uğurlarına toxunulub.

Bununla yanaşı, Ermənistan tərəfindən uzun illər həyata keçirilən işğalçılıq siyasətinin və mina terrorunun ağır nəticələri, Azərbaycanın mədəni və dini irsinin məhvi, həmçinin ölkəmizin işğaldan azad edilmiş ərazilərdə gördüyü genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat təqdim olunub.

Eyni zamanda, ölkəmizdəki multikultural mühitdən söz açılıb, Azərbaycanın multikultiralizm modelinin mütərəqqi nümunə kimi dünya miqyasında yüksək qiymətləndirildiyi, bu uğurun cəmiyyətdə formalaşmış dözümlülük, tolerant və multikultiral ənənələrlə yanaşı, düşünülmüş dövlət siyasətinin nəticəsi olduğu vurğulanıb.

Sonda Azərbaycanda təklif olunan əlverişli təhsil və təqaüd imkanları, xüsusilə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın üstünlükləri barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri