Icma.az
close
up
RU
Menu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

Ermənistan “elmində” Azərbaycanla bağlı “təqdimat”

Ermənistan “elmində” Azərbaycanla bağlı “təqdimat”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Hayların kütləvi psixozuna dair bəzi qeydlər

Tarix boyu ermənilər özlərinin, guya ən qədim xalq olduqlarını bəyan ediblər. Bunu “sübuta yetirmək” üçün müxtəlif saxtakarlıqlara baş vurub, həmçinin ayrı-ayrı xalqların, o cümlədən türklərin gerçək tarixini öz adlarına çıxıblar. Bu məqsədlə kitablar, monoqrafiyalar və sair əsərlər yazıb, sərsəm düşüncələrinə, öz aləmlərində, fundamentallıq gətirməyə çalışıblar. Belə yaramazlıqlar, bir qayda olaraq, reallıqları görməzdən gəlmək “əzminə” söykənib.

Ermənilərin uydurduqları tarixin mifoloji strukturuna görə, məsələn, azərbaycanlılar, guya, ticarət üçün yaradılıblar, başqa heç nəyə yaramırlar. Ən əsası isə hayların baxışlarında biz döyüşməyi bacarmayan, dövlətsiz köçərilər qiyafəsində olmuşuq. Onlar zaman-zaman məhz belə təfəkkür pozğunluqları ilə bəsləniblər.

Haşiyə çıxaq ki, məişətimizdə tez-tez işlədilən “monqol” sözü var. “Monqol” əlbəttə, xalqın adıdır, indi Monqolustan dövləti mövcuddur. Bu, öz yerində. Ancaq bəziləri üçün “monqol” ifadə baxımından key, sərsəm və digər yarıtmaz keyfiyyətlərin daşıyıcısı olan adamdır.

Məsələ ondadır ki, böyük Çingiz xanın yaratdığı Monqol imperiyası üç yüz ilə yaxın müddətdə, bir çox xalqları, o cümlədən rusları əsarətdə saxlayıb. Əsarətə qarşı üsyanların olduğu da məlumdur. Ancaq rusların monqollara dirənişi yalnız üsyanlarla kifayətlənməyib. O zamankı rus ictimai fikri də ümumi işə töhfə verib. Töhfənin ən böyük nümunəsi isə məhz “monqol” sözü olub. “Monqol” aşağılamaq, əhəmiyyətsizləşdirmək mənasında işlədilib və beləcə ruslar böyük monqol kultunu dağıdıb, canlarına hopmuş qorxu hissini yeniblər.

***

Sözümüz ondadır ki, ermənilər də təxminən ruslar kimi davranırlar. Ancaq Monqol imperiyasından fərqli olaraq, Türk imperiyası digər xalqlara klassik kölə baxışını rəhbər tutmurdu. Məsələn, Osmanlının tabeçiliyində yaşayan bütün toplumların hüquqları geniş olub. Elə ermənilərin də.

Ancaq ermənilərdə türklərə qarşı nifrətin formalaşması, ümumən, hay qövmünün daxili təbiətindəki xəbisliyin, paxıllığın, mərdimazarlığın nəticəsi kimi meydana çıxıb. Ermənilər böyük kimi gördükləri türklərə qarşı izaholunmaz nifrət hissi bəsləyiblər. Bunu görən Qərb dairləri, həmçinin çar Rusiyası onlardan Osmanlıya qarşı alət qismində istifadə ediblər.

Əlbəttə, mövzumuz tarixlə bağlı olsa da, məqsədimiz tarixi incələmək deyil. Məqsədimiz ermənilərin türklərə münasibətdəki baxışlarının, ikinciləri aşağılamaq motivlərinin nədən qaynaqlandığını vurğulamaqdır. Ruslar “monqol”la qorxu yenməyə müvəffəq oldular, ancaq ermənilər “türk” ifadəsi ilə türkləri əhəmiyyətsizləşdirə bilmədilər.
Azərbaycan türklərinə gəldikdə isə hay düşüncə tərzi bizi, əvvəldə də vurğuladığımız kimi, döyüşməyi bacarmayan, işi-gücü xırda ticarətlə baş saxlamaq olan, müəyyən mənada, tüfeyli həyat tərzi keçirənlər kimi göstərdi. Bu təbliğat o qədər güclü getdi ki, haylar özləri də danışdıqları yalanlara inanmağa başladılar.

Təsəvvür edin, ölkəmizin 2023-cü ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgəni tərk edən sıravi Qarabağ erməniləri hündürboy, enlikürək, yaraşıqlı Azərbaycan hərbçilərinə və polislərinə tamaşa edib heyrətə gəlmişdilər. Onlar sonradan öz təəssüratlarını bölüşərkən, azərbaycanlıları balacaboy, yekəqarın, kifir kimi təsəvvürə gətirdiklərini deyir, gördükləri səhnələrdən təəccübləndiklərini bildirirdilər. Çünki beyinləri zəhərlə doldurulub. Düşünün, 44 günlük müharibə olmuş, Ermənistan acınacaqlı məğlubiyyətə uğramış, Qarabağ erməniləri hələ də qəflət yuxusundan ayılmamışdılar ki, əslində, bunun başqa səbəbləri də var idi...

Xülasə, bildirdik ki, mövzumuz tarixlə bağlıdır. Onu da bildirdik ki, ermənilər zaman-zaman tarixi saxtalaşdırıb, keçmişdə yaşananları öz adlarına çıxıb və sair bu sayaq yaramazlıqlara baş vurublar. Əslində, indi diqqətə çatdıracağımız məsələ də yaramazlıqdır. Sadəcə, hazırda bir məqam var ki, onu da sonda vurğulayacağıq.

Əlbəttə, erməni tarixçiləri üçün nəyəsə ciddi yanaşma parametri yaramazlığın qədərini daha da yüksək tutmağa əsaslanır. Ermənistan Milli Elmlər Akademiyasında keçirilmiş təqdimat da bu baxımdan diqqət çəkir. Söhbət tarixçi-şərqşünas alim kimi qələmə verilən Anuş Arutyunyanın “Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi” kitabının təqdimatından gedir. Nəzərə alaq ki, monoqrafiya Ermənistan elmi dairələrində Azərbaycan dövlətinin yaranmasına həsr olunmuş ilk əsərdir.

Bəli, Heqard Elm və Analitik Fondunun yardımı ilə nəşr edilmiş kitab, adından da göründüyü kimi, Azərbaycan dövlətinin yaranmasına və Azərbaycan xalqının formalaşması məsələlərinə həsr olunub. Əsərdə XIX əsrin əvvəllərində rus hakimiyyətinin qurulması nəticəsində türkdilli əhali arasında başlayan proseslərdən, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını doğurmuş şəraitdən, həmçinin Azərbaycanın sovetləşməsindən bəhs edilib. Sən demə, monoqrafiyada yeni aşkar edilmiş bir sıra arxiv sənədləri də yer alıbmış...

Təqdimatı keçirilən kitabda konkret nələrin iddia olunduğundan xəbərimiz yoxdur. Hesab edirik ki, ölkəmizin elmi dairələri məsələni diqqətdə saxlayacaqlar. Hərçənd, burada sırf elmi nöqteyi-nəzərdən fikir bildiriləcək nəyinsə olduğunu söyləmək mümkünsüzdür. Birincisi, haylardan düz əməlli heç nə çıxmaz. İkincisi isə təqdimat mərasimi ilə bağlı yayılmış xəbər hər şeyi deyir. Azərbaycan dövlətinin yaranması, azərbaycanlıların etnogenezi problemlərindən söz açmaq və mövzuya XIX əsrdən başlamaq, yumşaq desək, tərbiyəsizlikdir.

Deməli, haylar əvvəllər özlərini yüksək tutmaq üçün cızma-qaralar edirdilərsə, indi eyni “işi” bizi heçə saymaq üçün gerçəkləşdirirlər. Təqdimatı keçirilmiş kitabı məhz bu cür qiymətləndirmək mümkündür. Digər tərəfdən, bir kitabın təqdimatı Ermənistan MEA-da reallaşırsa, deməli, ona dövlət səviyyəsində hansısa önəm verilir.

Düşünə bilərik ki, ən pisi belə bir cəfəng məsələnin hazırda Azərbaycanla sülhə gəlmək istədiyini açıqlayan hay hakimiyyətinin dövründə reallaşmasıdır. Amma bunu düşünmürük. Çünki erməni avantürasına ən böyük zərbə məhz hazırkı iqtidarın dövründə vurulub. Kimlərsə acizliyi və cılızlığı kitaba köçürəcəksə, buyursun. Digər yandan, indiki erməni iqtidarının bütün istiqamətlərdə olduğu kimi, elm sayəsində də anti-Azərbaycan ritorikasından qalmadığı məlumdur.

“Monoqrafiyanın” bir ilk kimi qiymətləndirildiyini diqqətə çatdırdıq. Əminliklə vurğulayaq ki, nəşr erməni elmi dairələri deyilən psixi xəstələr yığınında Azərbaycan dövlətinin yaranmasına həsr olunmuş ilk əsər yox, belə demək mümkünsə, sistemləşdirilmiş ilk cəfəngiyyatdır. Azərbaycan dövləti ilə azərbaycanlı etnogenezi məsələsi bir müstəviyə gətirilirsə, elə bunun özü məsələyə tarix yox, ideologiya pəncərəsindən baxmaq deməkdir. Ancaq məqsədimiz yalnız belə yanaşmanın yolverilməzliyini bildirmək deyil. Başlıca məqam ermənilərin özlərinin Cənubi Qafqazdakı varlıqlarının tarixini azərbaycanlıların tarixi ilə eyniləşdirmək cəhdidir.

Məlum olduğu kimi, ermənilərin Qafqaza köçürülmələri 1826-1828-ci illərin Rusiya – İran müharibəsindən sonra olmuşdur. Proses 1830-cu ildən start götürmüşdür. Məqsəd müsəlman türklər arasında xristian bufer zonası yaratmaq idi. Bu plan həm çarizmi razı salırdı, həm İranı, həm də Qərbi. 1849-cu ildə erməni vilayətinin formalaşdırılması da həmçinin.

Nəhayət, 1918-ci ildə çarizm süquta uğradı və Azərbaycan türkləri itirdikləri dövlətçilik ənənələrini bərpa etdilər. Amma, bu, heç də asan başa gəlmədi. Onlara məxsus qədim İrəvan şəhəri erməni qövmünə paytaxt olaraq güzəştə gedildi. Azərbaycan Xalq Cümhuriyyəti, habelə heçdən var olmuş Ermənistan 1920-ci ildə sovetləşmənin təsirinə məruz qalaraq müstəqilliklərini itirdilər. Lakin sovetləşmə erməni qövmünün heçdən var olmaq hekayəsinə ara vermədi. “Hekayənin” davamında İrəvan kimi, Zəngəzur da azərbaycanlıların əlindən çıxdı.

Bəli, Sovet Rusiyasının, sonra keçmiş SSRİ-nin rəhbərliyi erməniləri razı salmaq üçün hər şeyi etdi. 1969-cu ilin mayınadək bu qövmə ərazi hədiyyələri bəxş edildi. Lakin hayların iştahaları yerə-göyə sığmadı. Onlar Qarabağa və Naxçıvana ərazi iddialarından daşınmadılar. Mənfur planlarını 1988-ci ildən reallaşdırmağa başladılar.

Ardınca Ermənistan havadarlarının – vaxtilə erməni varlığına torpaq hədiyələri etmişlərin sələflərinin köməyi ilə Azərbaycanın iyirmi faizini ələ keçirdi. Çox çalışdı ki, Qarabağı özünə birləşdirsin, beynəlxalq ictimaiyyətə bölgəni erməni torpağı kimi təqdim etsin. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyildi...

44 günlük müharibə hay toplumunu dərin məyusluğa qərq etdi. Hesab edirik ki, Ermənistan MEA-da təqdimatı keçirilmiş “Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi” kitabı da böyük ölçüdə həm məyusluğun, həm miskinliyin və rəzilliyin göstəricisi, həm də erməni kütləvi psixozunun zay məhsuludur. İstər 44 günlük müharibə, istər lokal xarakterli antitettor tədbirləri, ümumən Qarabağ itkisi bu psixozun daşıyıcılarına elə od qoyub ki, bir də çətin özlərinə gələlər.

Sonda yazımızı nikbin sonluqla bitirmək üçün deyək ki, Ermənistanda nəşr olunmuş “Azərbaycan dövlətinin yaranması və azərbaycanlıların etnogenezi problemi” kitabı, müəyyən mənada, müsbət hadisə kimi də qiymətləndirilə bilər. O anlamda ki, hay başıpozuqlar, şüuraltı olsa da, onları böyük rüsvayçılığa uğratmış dövlətin və xalqın mövcudluğunu qəbul edirlər. İndiyədək bu düşüncədən kənar idilər. Güman edirik, vaxtilə alverçi qiyafəsində, vecsiz göstərdikləri azərbaycanlılara qarşı bundan sonra ciddi yanaşarlar. İlan ulduz görməsə ölməz, – deyiblər...

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see494

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see342

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see325

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see291

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see287

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see281

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see259

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see253

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see244

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see211

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see197

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see197

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see191

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see186

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see177

Qazlı içkilərlə bağlı yeni araşdırma: Dişlər üçün zərərlidir?

31 İyul 2026 18:59see176

Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!

31 İyul 2026 21:49see170

Azərbaycan və İran gömrükdə yeni razılaşma imzaladı

01 Avqust 2026 01:57see167

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

01 Avqust 2026 01:59see165

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri