Icma.az
close
up
RU
Komanda sayı çoxaldıqca turnirin dinamikası dəyişir BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Komanda sayı çoxaldıqca turnirin dinamikası dəyişir BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu il Premyer Liqada komanda sayının artırılması Azərbaycan futbolunun gələcəyi baxımından çox vacib və strateji bir addımdır. Əvvəlcə qeyd edim ki, bu dəyişiklik təkcə rəqəmlərlə bağlı deyil – bu, sistemli inkişafa aparan bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, birinci növbədə, daha çox komanda demək – daha çox futbolçu üçün oyun praktikasının olması deməkdir. Bu xüsusilə gənc və yerli futbolçular üçün böyük üstünlükdür. İllərdir bir çox istedadlı oyunçu əsas heyətə düşmək üçün fürsət tapa bilmirdi. Yeni klubların liqaya qoşulması ilə artıq onlar üçün meydanda özlərini göstərmək imkanı yaranır: "İkinci məsələ rəqabət mühitinin güclənməsidir. Komanda sayı çoxaldıqca turnirin dinamikası dəyişir, hər oyun daha gərgin və nəticə baxımından önəmli olur. Bu isə həm məşqçiləri, həm futbolçuları daha ciddi hazırlığa sövq edir, eyni zamanda azarkeş marağını artırır.

Digər vacib məqam isə bölgə klublarının liqaya daxil olmasıdır. Futbolun yalnız paytaxtda deyil, regionlarda da inkişaf etməsi ölkə futbolunun geniş coğrafiyaya yayılmasına və ümumi səviyyənin yüksəlməsinə şərait yaradır. Uşaqlar və gənclər üçün motivasiya yaranır – onlar doğma şəhərlərində peşəkar klub görürlər, bu isə gələcək üçün çox vacibdir. Nəhayət, geniş və rəngarəng liqa marketinq baxımından da üstünlük yaradır. Daha çox oyun, daha çox maraqlı qarşılaşma deməkdir ki, bu da sponsor və televiziya marağını artırır, klubların maliyyə imkanlarını yaxşılaşdırır. Qısası, bu dəyişiklik yalnız indiki mövsümə deyil, uzunmüddətli perspektivdə Azərbaycan futbolunun daha peşəkar, daha rəqabətli və dayanıqlı bir sistemə keçidi baxımından müsbət addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri