“Komanda və oyun sayının artması mundialın cazibəsini azaldır” Rasim Mövsümzadə DÇ nin taleyinə görə narahatdı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gələnilki dünya çempionatına ilk dəfə 48 yığma qatılacaq.
"Football-plus.az" xəbər verir ki, ötən cümə mündialın püşkü atıldı. Və geniş yayılmış fikir belədi ki, qrup mərhələsində maraqsız oyunların sayı artacaq, turnir əvvəlki nüfuzunu itirəcək. Bu üzdən beynəlxalq futbol üzrə ixtisaslaşan həmkarımız Rasim Mövsümzadənin bu suallar ətrafında fikrini öyrəndik: doğrudanmı, komanda sayının 48-ə çatdırılması dünya çempionatını mənasızlaşdırdı? Püşkatmadan sonra sizə elə gəlmir ki, qrup mərhələsində mənasız oyunların sayı artacaq?
Rasim bəyin cavabı:
“Əlbəttə, dünya çempionatında iştirakçı sayının artırılması mundiala mütəmadi qatılan komandalarla yanaşı, bu həyəcanı uzun illərdən bəri arzulayanlar üçün yeni qapılar açır. Necə ki, bizə dost və qardaş Özbəkistan da həmin şansdan yararlandı və buna çox şadıq. Amma məsələnin digər tərəfi də var: komanda və oyun sayının artması mundialın cazibəsini azaldır, onun özəlliyinə bir qədər kölgə salır. Artıq o, FIFA üzvlərinin təxminən dörddəbirinin qatıla biləcəyi yarışa çevrilib. Üstəlik ara-sıra dünya çempionatının iki ildən bir keçirilməsi məsələsi də gündəmə gəlir ki, o da reallaşsa, mundial Çempionlar Liqası kimi turnir olacaq. DÇ-2026-nın qrup mərhələsindəki 72 oyundan böyük qismi də azarkeşlərdə o xüsusi “mütləq izləməliyəm” hissini yaratmır. Yalnız Fransa – Norveç, İspaniya – Uruqvay, Portuqaliya – Kolumbiya və İngiltərə – Xorvatiya kimi qarşılaşmalar diqqəti çəkir ki, bu da belə nəhəng turnir üçün çox kiçik göstəricidi. Hətta elə cütlər var ki, orada rekord hesabların qeydə alınması da mümkündü. Bu baxımdan Almaniya - Kürasao, həmçinin Braziliya - Haiti oyunlarını qeyd etmək olar. Bundan əvvəl ən böyük hesabın 1982-ci il mundialında Macarıstan - Salvador (10:1) matçında qeydə alındığını da xatırladım. Fikrimcə, qarşıdakı mundialın iştirakçılarının yarısı qədər - 24 komandanın qatıldığı dörd turnir (1982, 1986, 1990 və 1994) daha maraqlı olub və elə bu baxımdan da həmin say dünya çempionatı üçün daha məqsədəuyğundu. Amma məlum məsələdi ki, artıq geriyə dönüş yoxdu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















