Icma.az
close
up
RU
Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik Rəşad Sadıqov

Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik Rəşad Sadıqov

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyatlanır, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdır. Rekaşet də oldu, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olusn ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum “Sabah”ın, bir hücum “Zirə”nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi.

Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiz. İndi çempionatda fasilə yaranır. Bu fasilə sizə necə təsir edəcək?

– Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdür. Ən vacib mərhələ bizi gözləyir.

– İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiz?

– İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.

– Salifu Sumanın adı son zamanlar çox klublara hallanır. Bunun onun performansına təsiri var?

– Bugünə qədər onq təsir etmirdi. Amma bugünkü oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, “Sabah” Sumaya qarşı müəyyən tədbirlər görmüşdü. Onun reydlərinin qaşrısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudur. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər.

– Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədir?

– Yaxşı fürəstdir məşqçi üçün. Burada nəticə o qədər də önəmli deyil. Rəsmi oyunlar öncəsi futbolçuları sınaqdan keçirmək üçün yaxşı fürsət olacaq. Allah qoysa, bu müddət ərzində millimiz səmərəli və faydalı period keçirəcək.

– Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağlı fikriniz necədir?

– Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. “Şamaxı” avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Mart 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri