Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

Komanda hazırdı, sadəcə, zədəlilərimiz çoxdu Rəşad Sadıqov

Komanda hazırdı, sadəcə, zədəlilərimiz çoxdu Rəşad Sadıqov

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yoxlama matçında "Şamaxı"ya 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çempionata hazırlığını qiymətləndirib.
- Bu, yeni mövsümdən əvvəl son yoxlama oyunu idi. Komandanızın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Bizim üçün mövsüm avrokuboklarda başladı, indi isə bir yoldaşlıq oyunu keçirdik. Ona görə də hazırkı vəziyyətimiz haqqında tam hazırıq demək doğru olmaz. Özünüz də görürsünüz ki, müəyyən analizlər aparırıq. Ümumilikdə komanda hazırdı, sadəcə, zədəlilərimiz çoxdu. Belə ki, bu oyunda daha iki futbolçu zədələndi. Bu, təəssüf doğurur. “Araz-Naxçıvan”la oyunumuz avqustun 18-də olacaq, yəni qarşıda hələ 9 gün var. Mövsümə yaxşı başlamağa çalışacağıq. Baş məşqçi olaraq anlayıram ki, favoritlərdən biri ilə qarşılaşacağıq. Başqa rəqiblə görüşmək daha yaxşı olardı.
- Hücum xəttinə daha bir forvard transfer etmək planlaşdırılırmı?
- Xeyr, planlaşdırılmır. Bizdə Davit Volkov, Yegor Boqomolski, Abdul-Aziz Batibie var.
- Zədəlilərin vəziyyəti necədi?
- Açığını deyim ki, Abdul Azizin zədəsi bizi çox qorxutdu. Sabah (bu gün - red.) səhər vəziyyəti dəqiq bilinəcək. Yeganə sağlam mərkəz müdafiəçimiz Elçin Əlicanov da zədələndi. İlk turun oyununa qədər vaxt var, görək kim sağalıb hazır olacaq. Ruan Renato məşqdə burnunu sındırdı – bu, gözlənilməz idi. Bəzi futbolçular, məsələn, İssa Cibrilla, “Hayduk”la oyunda zədəli çıxış etdi. Onları əvəzləmək imkanı yox idi. Ruana əməliyyat lazım deyil, gips qoyulub. Bir neçə məşqi buraxacaq. Brahim Konate kimi bəzi zədəlilər isə daha uzun müddət meydandan kənarda qalacaqlar.
- Mətbuatda sponsorun kluba kifayət qədər vəsait ayırmadığı, buna görə də istədiyiniz transferləri reallaşdıra bilmədiyiniz barədə məlumat yayılıb. Bu, nə dərəcədə doğrudu?
- Təkcə futbol ictimaiyyətində deyil, ümumiyyətlə, insanlar bəzən yerli-yersiz söhbətlər edirlər. “Niyə filan futbolçunu almadınız, niyə bu oyunçunu gətirmədiniz?” – deyə. Biz komandanı əzbər tanıyırıq. Strategiyamız, siyasətimiz bəllidi və bu illərdir belədi. Bu yay da mövcud imkanlara və strategiyamıza uyğun mövqelərə transfer etdik. Sadəcə, əvvəllər heç kim diqqət etmirdi ki, biz əsasən bizdən aşağı mövqe tutan komandalardan futbolçu alırıq. Daha iddialı klublardan oyunçu gətirməyimiz isə nadir hallarda olub. Ona görə də problemimiz yoxdu.
- İki mövsümdü ardıcıl olaraq “Zirə” gümüş medal qazanır, amma yeni mövsümdə bu ənənəni davam etdirmək daha çətin olacaq. Razısınızmı?
- Əvvəlki iki mövsümdə gümüş medal qazanmaq da çətin idi. Heç kim əvvəlcədən bunu bizdən gözləmirdi. Ola bilsin ki, bu dəfə də bizə inam azdı. Əsas məsələ komandanın hazırlığı və göstərəcəyi performansdı. Nəticədə biz öz oyunumuzu düşünürük. Yeni mövsümdə təkcə ikinci yer uğrunda yox, “altılıq” uğrunda mübarizə də çətin olacaq. Bütün komandalar iddialıdı. Bütün oyunlar gərgin keçəcək. Yeganə narahatlıq bəzi meydanların vəziyyətidi, bunu ötən mövsümün sonunda da demişdik. Mətbuatdan da izləyirik. Fikrimcə, meydanlar komandalara böyük təsir göstərəcək.
- “Şamaxı” ilə oyunda dubl komandadan futbolçular da meydana çıxdı. Onların səviyyəsindən razısınızmı? İlk komandada çıxış etmələri mümkündümü?
- 3-4 futbolçu var ki, onları yaxından izləyirik. Bəzilərini toplanışa dəvət etmişdik. Ancaq ciddi şəkildə irəliləyiş etməlidilər. Bunu bacarsalar, əsas komanda oyunlarında da görə bilərik.
- Premyer-liqa komandalarının bəziləri süni örtüklü meydanlarda oynayır. Bu sizi narahat edirmi?
- Düzünü desəm, bu məqam məni çox narahat edir. Mövsüm ərzində, məsələn, bizi Tovuza, Gəncəyə bir neçə səfər gözləyir. Kimlərsə evində oynamayacaq və biz onlara ümumiyyətlə getməyəcəyik. Necə olacağını bilmirəm. Amma çempionatda gərgin mübarizə olacağını bilirik.
- Yeni transfer Namik Ələsgərovun hazırkı vəziyyəti necədi?
- O, iki ay komandasız qalıb. Buna görə də vaxt lazımdı. Hazırda zalda məşq edir, tədricən formaya düşəcək. Amma rəsmi oyunlarda yəqin ki, millinin oyunları üçün olan fasilədən sonra meydana çıxacaq.
- Rafael Utziq barədə bir yenilik varmı? Siz onu 6 həftəlik cəzalandıracağınızı demişdiniz…
- 6 yox, 4 həftəliyinə dubl komandaya göndərəcəyik. Hələlik heç bir dəyişiklik yoxdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see277

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see271

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see263

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see250

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see234

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see227

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see226

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see223

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see217

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see216

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see213

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see208

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see202

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see202

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see187

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see185

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see180

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri