Icma.az
close
up
RU
Komandaların çoxunda müdafiədəki boşluqlar açıq görünür Qəzənfər Abbasov

Komandaların çoxunda müdafiədəki boşluqlar açıq görünür Qəzənfər Abbasov

Icma.az bildirir, Fanat portalına istinadən.

2-ci Liqanın ilk üçüncü turu yekunlaşdı.

Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb komandaların performansı ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Turnirin 3-cü turunda ümumilikdə 31 qol qeydə alındı. Bir turda bu qədər qolun vurulması, şübhəsiz ki, azarkeşlər üçün çox maraqlı göstəricidir. Lakin İkinci Liqada mübarizə aparan komandaların əksəriyyətinin bu qədər çox qol buraxması məşqçilər və klub rəhbərlikləri üçün müdafiə xəttindəki ciddi problemlərdən xəbər verir. "Zəngəzur" – "Marafon" matçında açıq mübarizə və səhvlərlə zəngin, bol qollu bir qarşılaşma oldu. "Marafon" səfərdə hücum potensialından maksimum yararlanaraq vacib 3 xal qazandı. Bununla belə, hər iki komandanın müdafiədəki boşluqları göz önündədir "Zəngəzur" 4 qol, "Marafon" isə minimum 2 qol buraxıb. Hücum xətləri  hər oyunda yaxşıdır, lakin qol buraxmaq müdafiə balansı baxımından ciddi siqnaldır. "Ağstafa Gəncləri" "Dinamo" üzərində 3:1 hesablı qələbə qazandı. Heyətində təcrübəli futbolçuları olan bu komanda yalnız ilk "altılıq"da deyil, hətta ilk "dördlük"də mübarizə apara biləcək potensiala malikdir. "Şəki" – "Qaradağ Lökbatan" matçına gəlincə, gözlənilən kimi bol qollu və "Qaradağ Lökbatan"ın böyük hesablı qələbəsi ilə başa çatdı. "Şəki" həm heyət, həm də ümumi baxımdan iddialı rəqiblərindən geridə qalır. Digər oyun "Şirvan" – "Hypers" arasında keçirildi. Turun ən gərgin və minimal hesabla bitən matçlarından biri oldu. "Şirvan" minimal üstünlüyünü sonadək qoruyaraq taktiki baxımdan çox dəyərli qələbə qazandı. Artıq turnir cədvəlinin zirvəsində yer alan və iddialı rəqiblərinə qalib gələn "Şirvan" mövsümün ən iddialı komandalarından biridir. Mövsümün əvvəlində favorit kimi başqa klublar göstərilsə də, "Şirvan" həm oyunu, həm də son transferləri ilə təqdirəlayiq futbol nümayiş etdirir. "Şəmkir" – "Kür-Araz" görüşü çempionatın derbi xarakterli həmçinin ən gərgin mübarizələrindən biri oldu və 6 qollu bərabərliklə yekunlaşdı. Hər iki komanda qələbəyə layiq oyun göstərsə də, müdafiəçilərin fərdi səhvləri nəticəyə birbaşa təsir etdi. Müdafiə xətti bir qədər diqqətli olsa idi, tərəflərdən biri 3 xalı qazana bilərdi. Ümumilikdə dramatik görüş oldu. "Difai" – "Ağdaş" qarşılaşması ikincilərin minimal hesablı qələbəsi ilə yekunlaşdı. Birinci Liqadan düşən "Difai" heyətini kifayət qədər gücləndirmədiyi üçün hələ də istənilən nəticələri qazana bilmir. Ümumilikdə tur hücum futbolunu sevənlər üçün zəngin oldu. Lakin komandaların çoxunda müdafiədəki boşluqlar açıq görünür. Məşqçilər korpusu təlim-məşq prosesində bu çatışmazlıqları nəzərə almalı, hücum və müdafiə arasındakı balansı bərpa etməlidirlər".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri