Icma.az
close
up
RU
İddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var Qəzənfər Abbasov

İddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var Qəzənfər Abbasov

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən 2-ci Liqanın 5-ci turu başa çatdı. Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb komandaların performansı ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İkinci Liqanın 5-ci turunda görüşlər necə gözlənilirdisə, elə də keçdi. İlk "beşlik"də olan komandaların heç biri xal itirmədi, hamısı qələbə qazandı. Yəni qeyri-adi və gözlənilməz bir nəticə qeydə alınmadı. Lakin sürpriz sayıla biləcək məqam o oldu ki, birincilik uğrunda mübarizə aparan komandaların bir çoxu "altılıq"dan aşağıda olan rəqibləri ilə oyunlarda yenə də qol buraxdılar. "Hypers" və "Marafon"dan başqa bütün komandaların matçları qarşılıqlı qollarla nəticələndi. Bu da o deməkdir ki, çempionluğa oynayan, iddiası böyük olan komandaların müdafiə xəttində hələ də boşluqlar var.

Bu turun ən maraqlı oyunlarından biri "Qaradağ Lökbatan" - "Difai" matçı idi. "Qaradağ Lökbatan" hesabı bərabərləşdirsə də, "Difai" oyunu öz xeyrinə çevirməyə nail olmuşdu. Lakin "Qaradağ Lökbatan"ın təcrübəli futbolçularının hesabına gözlənilməz bir hal baş vermədi və onlar qələbə qazandı. Təxminən 80-ci dəqiqədən sonra qələbə toplarını ard-arda vuraraq qalib gəldilər.

"Ağstafa Gəncləri" - "Ağdaş" qarşılaşmasına da baxdım, maraqlı oyun keçdi. Burada hesab fərqli ola bilərdi. "Ağstafa Gəncləri"ndə həqiqətən də təcrübəli və texnikalı futbolçular var, lakin onlara yaxşı futbol oynamağa əsasən meydan imkan vermir. "Ağdaş"la oyunda da bu məqam aşkar göründü. Qonaq oyunçuları da meydanın vəziyyəti səbəbindən bir neçə imkanı qola çevirə bilmədilər. Bu matçda "Ağstafa Gəncləri" qələbə qazanmalı idi və yekunda qazandı. Qarşılıqlı hücumlarla zəngin maraqlı oyun oldu, yalnız meydan daha çox qol vurmağa imkan vermədi.

Turun ən maraqlı oyunlarından biri "Şəmkir" - "Şirvan" oyunu oldu. Birinci növbədə onu deyərdim ki, bu oyunda bəlkə də turun, hətta ayın ən gözəl qolları vuruldu. "Şirvan" komandası "Şəmkir" qarşısında çətinlik çəkdi. Bunun əsas səbəbkarlarından biri "Şəmkir"in qapıçısı idi. Elçin Qasımov əlindən gələn çox şeyi etdi ki, həmin oyunda "Şəmkir" məğlub olmasın. Lakin "Şirvan"ın təcrübəli futbolçularının vurduğu gözəl qollar qarşısında Elçin də aciz qaldı, çünki demək olar ki, "doqquzluğ"a gedən toplar vuruldu. "Şirvan" qələbə qazanmağı bacardı. "Şəmkir" bu görüşdə qalib gələ bilərdi, sadəcə ilk qolu buraxandan sonra ard-arda iki dəfə də topu tordan çıxarmalı oldu və uduzdu.

"Dinamo" - "Marafon" qarşılaşmasını maraqla gözləyirdim, çünki birincilər bu tura qədər çox yaxşı çıxış etmişdi. Təəssüf ki, bu oyunda məğlub oldular. "Marafon"a kölgə salmaq istəmirəm, onların təcrübəli futbolçuları var və onlar bu gün İkinci Liqada ən iddialı komandalardan biridir. Lakin "Dinamo"nun 0:3 hesabı ilə məğlub olacağını gözləmirdim.

Digər komandalarda isə qeyri-adi bir şey olmadı. "Hypers" və "Zəngəzur" qələbələrini qazandılar. Demək olar ki, çempionluq uğrunda mübarizə aparan bütün komandalar qalib gələrək turnir cədvəlindəki mövqelərini möhkəmləndirdilər və 5-ci yerdən aşağıda olan komandalarla xal fərqini artırmağa davam edirlər".

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://fanat.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri