Komandama kömək edə bildiyim üçün çox sevincliyəm Musa Qurbanlı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma istəmirəm ki, başqa şeylər düşünüm”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”a qalib gəldikləri görüş (3:1) haqda danışarkən deyib.
Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qol vurmaq üçün həmişə çalışır: “İndiyə qədər də çox çalışmışam, sadəcə səbrli olmaq lazım idi. Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırır. Mənim üzərimə düşən sadəcə işləməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 Avqust 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















