Musa Qurbanlı: Xal qazanmaq üçün döyüşəcəyik
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının 1-ci turunun “Benfika”ya qarşı keçiriləcək matçından gözləntilərini açıqlayıb.
İdman.biz bu barədə Sportal.az-a istinadən bildirir.
Forvard Portuqaliyada keçiriləcək görüşdə xal qazanmaq üçün döyüşəcəklərini deyib:
"Çempionlar Liqasında səviyyəni özünüz bilirsiz. Xüsusən də “Benfika” kimi komanda ilə səfərdə oynayacağıq. Təqvimdə ilk görüşümüzdür. Bizim üçün yaxşı təcrübə olacaq. İlk oyun olduğuna görə, tempi tutacağıq. Xal qazanmaq üçün döyüşəcəyik. Bu cür böyük oyunlardan əvvəl istər-istəməz xoş və yaxşı mənada həyəcan olur. Bu da normaldır", - Qurbanlı deyib.
“Benfika” – “Qarabağ” oyunu bu gün sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















