“Komandamız üçün inanılmaz transferlər üzərində işləyirik” 1:4 uduzan klub prezidenti
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 11-ci turun ən sürpriz nəticəsi iddialılardan “Hypers Quba”nın səfərdə “Dinamo”ya böyük hesabla uduzmasıdı.
“Football-plus.az” sürpriz məğlubiyyətlə bağlı “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevin fikirlərini öyrənib:
“Əlbəttə, müəyyən çətinliklərimiz oldu və bəzi adamlarla yollarımızı ayırmaq məcburiyyətində qaldıq. Bunun nəticəsində vacib xallar itirdik. Amma biz geriyə yox, irəli baxırıq. İkinci dövrə başlayandan və “transfer pəncərəsi” açılandan sonra tam fərqli bir “Hypers Quba” görəcəksiz. Komandamız üçün inanılmaz dərəcədə vacib transferlər üzərində işləyirik. Hədəflərimiz böyükdü və tezliklə bunları ictimaiyyətlə paylaşacağıq. İnanırıq ki, ikinci dövrədə “Hypers Guba” tam başqa bir səviyyəyə yüksələcək. Bizim yolumuz daim irəliyədi. Problemlər nə qədər böyük olsa da, onları aradan qaldırıb daha uğurlu nəticələrə köklənəcəyik. Komandamıza və planlarımıza güvənirik”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 05 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















