Komandamız Zaqrebdəki çempionatda 1/4 final mərhələsinə vəsiqə qazanıb Foto
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
17-25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Ölkəmizi təmsil edən komanda iyulun 16-sı Xorvatiyaya yola düşüb.
Komandamız qrup mərhələsini birinci yerdə başa vurub və 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















